Tarix : 2017 May 29
Kod 51815

Araz Əlizadə: Azərbaycanı ancaq Azərbaycançılıq qoruya bilər/Türkçülüyün meydanı türkiyədir

Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından “Anne bana bir siqara ver, içim” deyir. Anası da çıxarıb “siqara”nı verdi. Mən də dedim ki, ay xanım siz nə edirsiniz? Gərək o siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürərdiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür “yapır”. A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmin şeydi.
Badkubeh -Azərbaycanda türkçülüyü yaydılar. Biz də başladıq türklərdən nümunə götürüb, həyata keçirməyə.. Türkiyədə ana-bala birlikdə siqaret çəkir. Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından “Anne bana bir siqara ver, içim” deyir. Anası da çıxarıb “siqara”nı verdi. Mən də dedim ki, ay xanım siz nə edirsiniz? Gərək o siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürərdiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür “yapır”. A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmin şeydi.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə ilə müsahibə.
– Araz müəllim , son illər Azərbaycanda sanki ziyalı qıtlığı yaranıb. İddialarımızda haqlıyıqmı, yoxsa yanılırıq?
Bala, birinci sən hələ de, görüm ziyalı insan necə olmalıdır? Kimdir ziyalı? Əlbəttə, hər diplomlu, hətta bütün elmi dərəcələri qazanmış insanlara ziyalı deyə bilmərik. Ziyalı insan cəmiyyətin haqq sözünü dilə gətirən, cəmiyyəti istənilən psixoloji gərginlikdən xilas edən, sosial bərabərlik tələb edə bilən, insanları yanlış tendensiyalardan çəkindirən, ictimaiyyətin etimadını qazanaraq insanları arxasınca aparmağı bacaran, kifayət qədər sosial bazası olan ictimailəşmiş intellektuallara ziyalı deyilir.
Mən yalnız 3 nəfər ziyalı tanıyıram. Ən çoxu 5 nəfərdir. Təəsvvür edin ki, bu 5 nəfər ziyalı səhər, günorta , axşam televiziyada danışırlar. O saat onlara deyəcəklər ki, nəyinsə təbliğatçısıdırlar. Həmin şəxslər də get-gedə cəmiyyətdə nüfuzlarını itirəcəklər.
– Onda belə çıxır ki, telemeydanları elə müğənnilərə verməliyik?
Qızıl həmişə suyun dibində olur, çör -çöp isə üstə. Amma onu da deyim ki, müğənnilər arasında da fərq var. Müğənni var ki, ondan nəysə öyrənmək olar. Müğənni də var ki, onu hec telekanalın qapısnın kənarına buraxmaq olmaz, nəinki efirə. Amma Azərbaycanda təqlidçilik baş alıb gedir. Bu, bizdə çox güclüdür. Gənclər yerli telekanallara baxır və görür ki, bütün kanallarda, bütün saatlarda xörək bişirirlər və bayağı müğənnilər göbək atır. Görürülər ki, həmin göbək atanlar yaxşı da pul qazanırlar. Reklamçılar da buna çoxlu pul verir. Əlbəttə, reklamçılar olmasa, televiziya da ola bilməz. Yəni bazar iqtisadiyyatıdır. Tələbat nəyədirsə, telekanallar da onu göstərir. Cəmiyyətdə ziyalı, ağıllı insan və ya mütəxəsisin sözünə sifariş olsaydı, efirlərə onları çağırardılar. 3 manatlıq, amma 1000 manata satılan ucuz müğənniləri dəvət edirlər.
– Qeyd etdiniz ki, 3 uzağı 5 ziyalı tanıyırsınız. Yəni 10 milyona yaxın əhalisi olan bir ölkədə 3-5 ziyalının olması heç də ürəkaçan deyil. Bu, çox aşağı rəqəmdir. Yaxşı, niyə ziyalılarımız azdır?
Bir dəfə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə dedim ki, sizin təşkilatın nə qədər üzvü var. O da şişirdərək dedi ki, 3 min. Dedim ki, ay Eldəniz Azərbaycanda səndən xoşbəxt adam yoxdur. Soruşdu ki, niyə? Dedim mən 3 nəfər ziyalı tapa bilmirəm, sənin təşkilatında 3 min ziyalı var. (gülür) Cəmiyyətin sifarişi belədir. Azərbaycanda türkçülüyü yaydılar. Biz də başladıq türklərdən nümunə götürüb, həyata keçirməyə. Əvvəl bizdə siqaret çəkən qızlar yox idi. Türkiyədə isə az qala bütün qadınlar siqaret çəkir. Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından “Anne bana bir siqara ver, içim” deyir. Anası da çıxarıb “siqara”nı verdi. Mən də dedim ki, ay xanım siz nə edirsiniz? Gərək o siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürərdiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür “yapır”. A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmin şeydi. Biz də bunu türklərdən götürürük. Çayxanalara baxın, hamısı sulu qəlayan çəkir. Restoranlara gedin, orada da oxşar mənzərənin şahidi olacaqsınız. Ziyalı heç vaxt, heç kəsə yarınmır. Ziyalı heç kəsə böhtan atmır. Ziyalılıq insan qəlbinin vəziyyətidir. İnsanlar, gənclər görürlər ki, ziyalı adam dolana bilmir, ziyalı olanı yuxarı başda oturtmurlar. Ziyalı adam çox ağır vəziyyətdə yaşayır, ona görə də heç kim ziyalı olmaq istəmir. Mən ziyalı deyiləm.
Oxumağa dəyər:   Mançesterdə daha bir terror həyəcanı – Polis və ordu hərəkətə keçib
– Sulu qəlyanlardan söz saldınız. Niyə Milli Məclis bu barədə qərar çıxarmır?
Parlamentdə dəfələrlə dedim ki, gəlin, sulu qəlyanı tamamilə qadağa edək. Ona görə ki, bu, gənclərin korlanmasına, narkomaniyanın yaranmasına səbəb olur. İranla Rusiya qəlyanlardan istifadəni qadağa etdi. Sonra onlar həmin qəlyanları bizə sırımağa başladılar. Bu da məni narahat edir.
– Azərbaycanda mənəviyyat məhv olub deyirlər. Bir millət vəkili kimi bununla razısınızmı və bu sizi narahat etmirmi?
Mən bununla tamamilə razıyam. Ən bariz nümunəsi nədir? Əvvəllər Azərbaycanda hansısa bir kənddə istedadlı, gözəl səsə malik bir qız uşağı olurdusa, onun sorağı Bakıya gəlib çatırdı. Üzeyir bəy, Bülbül, Fikrət Əmirov və başqaları həmin o kəndə gedirdilər. O vaxt qızların oxumasına çox pis baxırdılar. Bu səbəbdən də adını çəkdiyim adamlar gedib həmin qızın ailəsini başa salırdılar ki, bu, pis yol deyil. Onlar da bəzən uşaqlarına icazə verirdilər, bəzən isə yox. İndi isə mahnı müsabiqələri var: Böyük ulduz, Kiçik ulduz, Balaca ulduz, Gözəl ulduz, Təzə ulduz, Köhnə ulduz, Yeni ulduz və s . Yaşlı, cavan demirlər, hamını bu müsabiqələrə salırlar. Onun səsinin olub-olmaması maraq kəsb etmir. Gəlib, yaxşı-pis oxuyurlar. Məqsəd nədir? Onu efirdə görsünlər və heç olmasa, kənddə toya çağırsınlar. Bax, bunun özü də mənəviyyatsızlıqdı.
– 200 manatlıq qədim peşə sahiblərinin müğənni adı ilə çıxıb efirlərdən Azərbaycan cəmiyyətinə tövsiyyə verməsi, ictimaiyyətdə haqlı etiraza səbəb olur və qıcıq doğurur. Bu məsələ sizi də ağrıdırmı?
Sizə ən yaxın zamanlarda baş verən bir hadisəni ərz edim. Saytların birində jurnalist müğənniyə sual verir ki, Araz Əlizadəni tanıtıyırsınızmı? Cavab verir ki, tanıyıram, siyasətçidir. Özü də səsini satan siyasətçidir. Gülürəm və gülüb özümdən gedirəm ki, kül başına, ay Hitler gör üstünə kim gəlir. Toya gedib, pulnan oxuyan, rəqs edən, onun bunun sifarişini yerinə yetirən adam siyasətçiyə səsini satan deyir.(gülür) Heç olmasa, bilmir ki, parlamentdə heç kimə pul vermirlər. Günah ona sual verən jurnalistdədir.
Oxumağa dəyər:   16 yaşında transfer edilən ən bahalı 10 futbolçu
– Azərbaycanda müzakirə olunan məsələlərdən biri də kitab mağazlarının az olması və yaxud da bəzi yerlərdə heç olmamasıdır. Sizcə, niyə kitabsızlaşırıq?
 Burada iki səbəb var. Birincisi, internet baş alıb gedir. İstənilən kitabı internetdə açıb oxuyurlar. İnternet kino sənətinə də çox ağır zərbə vurur. Yəni müftəyə , hazıra öyrəşiblər. İkincisi, yeni şair və yazıçılar yoxdur. O kitab mağazalarını açıb kimin romanını, povestini şeirlər kitabını satacaqlar? Yoxdu. Atalar sözü var: At ölüb eşşəyin bayramıdır. Bizdə isə heç it də yoxdur. Bilirəm ki, kobud misal çəkirəm. Yəni orada nə satacaqlar? Çingiz Abdullayevin dedektivləri hər yerdə satılır. Mənə bir yazıçı göstərin ki, “Azərbaycan” poeması kimi poema yaza bilsin, “Vaqif pyesi” kimi pyes yazan ikinci sənətkarımız varmı? İkinci Səməd Vurğun varmı? Heç ikinci Bəxtiyar da yoxdur.
– Azərbaycanın təhsil həyatında irəliləyişlər gözlənilirdi. Amma biz hazırda əksini müşahidə edirik. Sizcə, təhsilimiz bu uğursuzluq girdabından niyə çıxa bilmir?
 Düşünürəm ki, biz sovet ittifaqında olan təkminləşmiş təhsil sistemini ləğv etməklə böyük səhvə yol vermişik. Sonra keçdik Boloniya sisteminə, adını da balon sistemi qoyduq. Boloniya şəhər adıdır. Balonun isə içərisinə turşu qoyurlar. Yəni təhsilimizi balona salıb qıcqırtdıq. İndi kurikulumdu nədi onu çıxarıblar. Heç özləri bilmir bu nə olan şeydi. Bilirsinizmi yaxşı sistemi pisləmək olmaz. İnsanlara ensiklopedik savad verirdilər. O vaxtın şagirdi indinin tələbəsindən çox bilirdi. Biz bunu itirdik. O təhsil müəssələrinə savadlı müəllim də lazımdır. Savadlı müəllim olmayandan sonra savadlı gənc haradan olacaq?
– Gənclərlə ziyalılar arasında uçurum olduğu da iddia olunur. Bu, doğru yanaşmadırmı?
 İndiki gənclərin çox sosial şəbəkələrdədirlər. Demişdim ki, sosial şəbəkələrdə avaralar oturur. Buna görə, hamı üstümə düşmüşdü. Təsəvvür edin ki, o söyüş , təhqir yazanları ziyalılar qarşısında oturdursan. Onlar o ziyalını dərk edəcəklərmi? Əlbəttə, yox. Ziyalının özü danışıb özü eşidəcək. Görüş dialoqdur. Hansısa görkəmli ədəbiyyatşunas ədəbiyyatdan danışacaq, bunlar isə öz bildiklərini edəcəklər. Yenə biz nəyə qayıdırıq? Biz nəslimizi, ailəmizi itiririk. Uşağa körpə vaxtından tərbiyə etmək lazımdır. Uşaq özünü biləndə bunu eşidir: “Bacarana can qurban” Təsəvvür edin ki, hansısa “oğru” dəfn olunanda 150 min, yazıçı dəfn olunanda isə 150 adam gəlir. Uşaq da buna baxır ki elə “oğru” olmaq daha yaxşıdır. Onda daha hörmətli olursan. Baxır görür ki, filan oliqarxın oğlu bahalı maşında gəzir, gənc qızları korlayır. Tərbiyəsizliklə məşğul olur və firəvan həyat sürür. Bu isə oxuyub, əziyyət çəkir. Həyatda heç nəyə nail ola bilmir. Nəticədə düşünür ki, oxumağın nə mənası var axı. Mən də oğurlayım. Oxumağın mənası yoxdur.
– Çox yaxşı bir məsələnin üzərinə gəldik. Oğrulardan danışdınız. Kriminal ailəmin əfsanələri ilə bağlı yazılar daha çox oxunur, nəinki Azərbaycanın taleyüklü problemləri ilə bağlı tarixi araşdırma xarakterli yazılar. Sizcə, bu nədən irəli gəlir?
Araz Əlizadə ağıllı bir müsahibə verir. Buna cəmiyyətdə reaksiya olmur. Amma kimsə Araz Əlizadə haqqında şər, böhtan yazırsa, baxın görün onu nə qədər oxuyurlar. Biz yavaş-yavaş öz mənliyimizi, ədəb-ərkanımızı, tərbiyəmizi, əxlaqımızı itiririk. Niyə? Çünki biz millət kimi özümüzü itiririk. Gənclərin beynini türküçülüklə doldurublar. Gənclər Azərbaycançılığın nə olduğunu bilmir. Azərbaycan dövlətinin qalmasını istəyiriksə, gənclərimizə Azərbaycançılığı aşılamalıyıq. Azərbaycanı ancaq Azərbaycançılıq qoruya bilər. Türkçülüyün meydanı türkiyədir. Bir dəfə də olsun görmüsünüzmü ki, Qazaxıstanda, Türkmənistanda kimsə durub desin ki, mən Türkəm? Yoxdu belə şey. Qazax çalışır, öz qazaxlılığını inkişaf etdirsin, türkmən çalışır ki, öz türkmənliyini inkişaf etdirsin. Onlar türkdillidirlər, amma türk deyillər. Biz onlara türk deyəndə inciyirlər. Amma Antropoloji cəhətdən də türk deyilik. Amma dilimiz türkdillidir. Yadınıza salmaq istəyirəm ki, Xalq Cəbhəsi hakimiyyətə gələndə dilimizi dəyişib türk dili qoymuşdu. O zaman Sosial Demokratlar Partiyası buna qarşı çıxmışdı. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O hakimiyyətə gələndən sonra o qərar dəyişdi

















  • Yazılıb
  • da (də) 2017 May 29
  • Göndərən مدير سايت Aran News