islaminsesi.az-Əli Əliyev yenidən VİP-in sədri seçilibPartiya sədrinin müavini Ramil Hüseynli tədbirdə 205 qurultay nümayəndəsindən 164-nün iştirak etdiyini bildirib.
Əli Əliyev qurultayda hesabatla çıxış edib. O, Azərbaycan hakimiyyətini tənqid edib: "Müxalifət birləşməli, birgə mübarizə aparmalı, təşkilatlanmalıdır. Növbəti prezident seçkilərində vahid mövqedən çıxış etməliyik. Müxalifət daxilindəki çəkişmələrə son qoyulmalıdır. Vətəndaş və İnkişaf Partiyası müxalifətin birliyi üçün güzəştə getməyə hazırdır. Azərbaycanda problemlər diskussiyalarla, polemikalarla həllini tapmalıdır. Təəssüflər olsun ki, bu mühit yoxdur".
Qurultayda partiyanın növbəti dövr üçün sədri müəyyənləşib. Ə. Əliyev alternativsiz namizəd olduğundan yenidən VİP-in sədri seçilib. Sonra partiyanın Ali Məclisinin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyənləşib.