Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan daxil olan daha bir şikayət üzrə araşdırmalara başlayıb. Məhkəmə Azərbaycan hökumətinə şikayətlə bağlı suallar göndərib.
Bu haqda AİHM-in saytı xəbər verir.Şikayət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş elan edilmiş qardaşı Mahir Abdullayevlə bağlıdır. Şikayətçi hazırda Avropada mühacirətdə olan Elşad Abdullayevdir.