Tarix : 2017 May 30
Kod 51825

İncirlik; Türkiyə və Almaniya arasında yeni gərginlik ocağı

Türkiyə və Almaniya arasında İncirlik hava bazasına görə yaşanan gərginlik Suriya münaqişəsində Ankaranın qərbdən uzaqlaşmasına və Türkiyənin ən azından yaxın gələcəkdə Avropa Birliyinə üzv ola bilməməsi ilə sonunclana bilər.
Türkiyə və Almaniya arasında gərginlik son bir ildə və Türkiyədə ordu qüvvələrinin iqtidarda olan partiyaya qarşı uğursuz çevrilişə cəhdinin ardınca yeni mərhələyə daxil oldu. Bundan öncə iki ölkə münasibətləri Ankaranın AB-nə üzvlüyü ilə Berlinin razılaşmamasından təsirlənirdi. Ancaq Suriya münaqişəsinin yaranması və mühacirlərin Avropaya axışmasının qarşısını almaqda Türkiyənin oynaya biləcəyi rol iki ölkə arasındakı ixtilafları daha da qabartdı.
Suriyada sabitliyin pozulması və Türkiyənin bu sabitsizliyin öz ölkəsinə sıçrayacağından narahatlığını bildirməsinin ardınca bir neçə NATO ölkəsi, o cümlədən Almaniya İncirlikdə “Patriot” raketdən müdafiə sistemini yerləşdirdi. Amerikanın başçılığı ilə İŞİD əleyhinə beynəlxalq koalisiyanın yaradılmasından sonra İncirlik hərbi bazasının əhəmiyyəti daha da artdı. Bu hərbi baza Suriya sərhəddinə və İŞİD mövqelərinə çox yaxın bir mövqedə yerləşdiyindən qırıcılara yer vermək və hərbi müşavirlərin iştirakı üçün ən münasib baza sayılırdı. Hərbi təyyarələr ən tez bir zamanda Suriya ərazisinə daxil ola və lazım olan surətdə qısa bir vaxtda yanacaq üçün bazaya dönə bilərdilər.
Digər tərəfdən İncirlik İraq Kürdüstanı ilə yaxın bir məsafədə yerləşir. Bu səbəbdən də İŞİD və terrorizmlə mübarizədə Ərbili silahlandıran Almaniya üçün xüsusi əhəmiyyət daşıyırdı.
Hal-hazırda belə nəzərə gəlir ki, İncirlik İŞİD əleyhinə beynəlxaq qərb koalisiyası üçün əvvəlki əhəmiyyətini itirmişdir. Ankara rəsmiləri İŞİD-in mümkün hücumuna qarşı təzminat olaraq qərb koalisiyasının bazada qalmasını istəsə də ötən bir neçə ildə yaranmış Berlin-Ankara ixtilafları əməkdaşlığın davam etməsinə mane olur.
Miqrantların və müharibə köçkünlərinin Avropaya axışdığı bir vaxtlar Türkiyə bu axının və Şərqi Avropa sərhədlərində insani faciənin yaranmasının qarşısı almağa qadir olsa da bundan öz məqsədlərinə çatmaq üçün faydalandı. Ankara rəsmiləri qeyd olunan məsələdə əməkdaşlıq etmək əvəzinə təhdid edirdilər ki, məsləhət bilərlərsə, mühacirlərə mane olmayacaq, onları Polşa və Kipr sərhədlərinə doğru yönəldəcək. O zaman Merkel miqrant problemini həll etmək üçün Misirə səfər etdi və bu barədə müzakirələr apardı. Sözsüz ki, Almaniya bu təhdidləri unutmayıb.
Gərginliyin ardında Türkiyədə çevrilişə cəhddən sonra yaranmış dəhşətli duruma Berlinin mənfi münasibəti, Ankaranın ölüm hökmünü bərpa etmək istəməsi və hamısından daha önəmlisi Ankaranın Almaniya Parlament nümayəndələrinə İncirlik bazasında olan hərbçiləri ilə görüş icazə verməməsi yaranmış gərginliyi pik həddə çatdırdı.
Almaniyanın xarici işlər naziri Türkiyəni ölkəsinin hərbi qüvvələrini İncirlikdən çıxacağı ilə hədələdi. 
Bu istiqamətdə Almaniyanın Yaxın Şərqdə hərbi bazalarının yerini dəyişməsi xəbərləri yayıldı və sonda Almaniyanın müdafiə naziri Ursula Von der Leyen söz-söhbətlərə son qoyaraq bildirdi ki, Almaniya hərbi qüvvələrinin İordaniya hərbi bazasına köçürülməsi mümkündür. Sonra İordaniya hərbi bazasını müsbət dəyərləndirərək, onu İncirlik üçün alternativ adlandırdı.
Almaniyanın 250 hərbçisinin hərbi texnika ilə birlikdə Türkiyədən İordaniya köçürməsi yüksək xərc tələb edir. Bundan öncə Almaniya hərbi qüvvələrinin İncirlikdə iştirakının davamı üçün 58 milyon avro büdcə ayırmışdı. Bu rəqəmin 26 milyonu “Tornada” kəşfiyyat təyyarələri, 30 milyounu isə hərbçilərin təchiz edilməsinə aid idi. 
Almaniyanın təhlükəsizlik-hərbi analtiki açıqlayıb ki, dövlətin İncirlik bazası üçün ayırdığı bu iri həcmdə büdcə təkcə hərbi qüvvələrə sərf olunmur. Sözügedən büdcədən İŞİD-ə qarşı casusluq və qərbin dəstək verdiyi terrorçuların telefon danışıqlarını dinləmək üçün də istifadə edilir.
Qeyd olunan mövzuya ilə bağlı qərbin Yaxın Şərqdə taktikasının dəyişməsinə və İordaniya-Suriya sərhəd xəttində yerləşməsinə diqqət etməklə Almaniyanın İncirlikdə hüzuruna heç bir əsas qalmır. Bu istiqamətdə iki həftə öncə 21 ölkənin 7 min hərbi qüvvəsi, iki Amerika bombardmançı təyyarəsinin iştirakı ilə Suriya-İordaniya sərhəddində hərbi manevrlər keçirildi. Qərb dövlətləri bu manevri İŞİD-lə mübarizəyə hazırlıq adlandırdılar. Ancaq doğrusu budur ki, bu ərazidə İŞİD qüvvələri yoxdur.
Belə nəticəyə gəlmək olar ki, qərb ölkələri arasında bölüşməyə əsasən, Almaniya Türkiyə ilə ixtilaflara girmiş, bu gərginliyi hərbi dairəyə və İncirlik məsələsinə çəkməklə öz ölkəsində ictimai fikri baza dəyişilməsinə və Yaxın Şərqə doğru çəkilməsinə yönəltmək niyyətindədir.
Almaniyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirak etmək üçün İncirlik bazasına ehtiyacı var idi. Berlin parlamenti erməni soyqırımının ildönümündə gözlənilmədən Ankara əleyhinə mövqe seçməklə İncirlik bazasının artıq ona lazım olmadığını sərgilədi. Bundan az sonra Almaniya parlament nümayəndələri İncirlikdəki hərbçiləri ilə görüşmək istəyində olduqlarını bildirdilər. Bu istək elə bir şəraitdə baş tuturdu ki, onlar Ankaranın münasibətini öncədən görürdülər və gözlənildiyi kimi də Ankara bu ziyarətlə razılaşmadı.
Türkiyənin hərbi və təhlükəsizlik dairəsində olmayan parlament nümayəndələrinin İncirliyi ziyarət etmək istəkləri ilə müxalifəti şübhəsiz, Almaniyanın ictimai rəyini həyəcanlandırdı və dövlət hərbçilərini İncirlikdən çıxararaq Yaxın Şərqdə yerləşdirməyə ayrılacaq büdcə üçün xalqı qane etmək imkanı qazandı.
Beləliklə, Türkiyə və Almaniya arasında hərbi hava bazası üstündə gərginlik Suriya münaqişəsində Ankaranı qərb oyunundan çıxarmaqla sonunclanır və ən azından yaxın gələcəkdə Türkiyənin AB-nə üzv olma prosesini dayandırır. Çünki ötən illərdə Ankara rəhbərlərinin AB-nə üzv olmaq barədə təlaşları AB-nin ən önəmli iqtisadi üzvü olan Berlinin ciddi müxalifəti ilə üzləşirdi.
Mənbə: Əl-Vəqt 

  • Yazılıb
  • da (də) 2017 May 30
  • Göndərən مدير سايت Aran News