Tarix : 2017 May 31
Kod 51827

Baş Prokurorluqda tükürpədici olay – vətəndaş özünü yandırdı

Hadisə zamanı prokurorluğun mühafizə polisi də xəsarət alıb
Nur-az.com-Mayın 30-da saat 13.00 radələrində Respublika Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırıb. Bu barədə “Azadlıq.info”ya məlumat verən mənbə bildirib ki, intihara cəhd edən şəxs Ağdam rayon sakinidir. O, prokurorluğa da Ağdam Rayon İcra Hakimiyyətindən şikayətə gəlibmiş.
Mənbənin sözlərinə görə, vətəndaş prokurorluğun problemə münasibətini görəndən sonra bezib və özünü öldürmək qərarına gəlib. O, plastmas butılkada özü ilə gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb.
Əldə etdiyimiz məlumata görə, hadisə Baş Prokurorluğun qəbul şöbəsində baş verib. Qəbul şöbəsindəki Vahid adlı mühafizə polisi də hadisə zamanı xəsarət alıb. Onun yanan vətəndaşa kömək etmək istədiyi, bu zaman özünün də üzünün yandığı bildirilir.
Dərhal yanan vətəndaşın əynindəki paltarlar çıxarılıb, onu prokurorluğun binasına aparıblar. Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb.


  • Yazılıb
  • da (də) 2017 May 31
  • Göndərən مدير سايت Aran News