Tarix : 2017 May 31
Kod 51830

Jurnalist Sevinc Vaqifqızı polislər tərəfindən saxlanılıb

Jurnalisti Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə aparıblar.
Bu barədə Meydan TV-yə DSX-nın qarşısında olan jurnalistlər xəbər veriblər.

Onların sözlərinə görə, polislər ərazidən uzaqlaşmağı tələb ediblər. Bu zaman Sevinc Vaqifqızı "dostumuzu oğurlayıb bura gətiriblər, onun üçün gəlmişik"- deyib. Bu cavabdan əsəbləşən mülki geyimli şəxs polislərə "bu qızı aparın bölməyə" tapşırığını verib.

Hazırda o və nişanlısı Məsud Əsgər polis bölməsindədir.

Jurnalistlər məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova məlumat veriblər. Ehsan Zahidov məsələnin araşdırılacağını deyib.







  • Yazılıb
  • da (də) 2017 May 31
  • Göndərən مدير سايت Aran News