Tarix : 2017 May 31
Kod 51832

Moskvada ənənəvi iftar çadırı: 30 may Azərbaycan günü

Mayın 30 -da Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar verilib.
Maide.Az xəbər verir ki,  çadırda müxtəlif ölkələrdən olan müsəlmanlar ayrıca bir gündə öz ölkələrinin  Ramazan adət-ənənələri sərgiləmək imkanı verilir.  30 may 2017-ci idlə Moskvada qurulmuş Ramazan çadırında  Azərbaycan günü qeyd olunub. Burada Azərbaycan mətbəxindən yeməklər sərgilənib və iftar üçün gəlmiş insanlar Azərbaycanın  Ramazan şirniyyatından dadıb.   Təqribən  3 milyon müsəlman yaşayan paytaxt Moskvada  bu il 12-ci dəfədir ki, Ramazan çadırı qurulur.  
Çadırda  29 gün iftar süfrələri açılacaq.  Eyni anda  500 nəfərə xidmət göstərə biləcək bu çadır  Ramazan ayının ilk günündən fəaliyyət göstəririr.  Hesablamalara görə, Ramazan ayının sonunadək çadırda  20 min nəfərə iftar veriləcək. 
Çadırın içərisində  mədəni və dini proqramların icrası üçün xüsusi yer ayrılıb.  Böyük ekranlı televizor quraşdırılıb və iftardan öncə və sonra  müxtəlif dini  və mədəni proqramlar icra olunur. 






  • Yazılıb
  • da (də) 2017 May 31
  • Göndərən مدير سايت Aran News