Bu dəfə ki, dərsdə Doktor Səmədov islam dininin ictimai və fərdi meyarları barəsində danışıb.
İslaminSesi hazırda karsda saxlanılan böyük əxlaq ustadı Mövsüm Səmədovun dərslərindən 6-ci hissəni oxucularına təqdim edir.
Bu dəfə ki, dərsdə Doktor Səmədov islam dininin ictimai və fərdi meyarları barəsində danışıb.
“Heç bir din İslam qədər fərdi və ictimai meyarları bu qədər əhəmiyyətli saymayıb. Bu, onu göstərir ki, insanın təkamülü, istedadlarının çiçəklənməsi onun ali məqsədidir. İslamın bünövrə göstərişləri içərisində elə fərdi göstəriş yoxdur ki, ictimai əhəmiyyət daşımasın. Onlar “ibadətlər”, “alış-verişlər” və “siyasətlər”dən ibarət İslam fiqhi və hüquqlarını təşkil edir.
İslamda ibadətlərin mühüm bir hissəsini təşkil edən gündəlik vacib əməllər ictimai reallıqlarda elə qarışmışdır ki, onları bir-birindən ayırmaq çətindir və bu kimi əməllər fərdi şəkildə sanki öz anlamını itirir. Məsələn, vacib namazlara giriş sayılan “azan və iqamə” müsəlmanları bir yerə toplanaraq onu kütləvi şəkildə yerinə yetirməyə dəvət edir. Bu əməl fərdi şəkildə həmin vacib sünnəni qoruyub-saxlamağa xidmət edir və bir növ ruhi hazırlıqdan başqa, bir məqsəd güdmür.
İslam dostluq, məhəbbət, ictimai həmkarlıq və bərabərliyi yalnız bir vəzifə hesab etmir. Onların gerçəkliyi üçün xüsusi tədbirlər nəzərdə tutur. Bir tərəfdən qeybət, xəbərçilik, qürur, zarafatda ifrata varmaq kimi amilləri qadağan etsə də, digər tərəfdən qohumlara baş çəkmək, dostluq münasibətləri qurmaq, iki nəfər arasında sülh yaratmaq kimi əməlləri tərifləyir, insanların ictimai rabitələrinin mehr-məhəbbət üzərində qurulmasını istəyir və onların həyatın zəruri dayaqları hesab edir.