Bəs görəsən hazırkı hakimiyyət Heydər Əliyevi hansı kriteriyalarına görə ulu öndər elan edib?
Bir daha 28 May – Respublika günündə efirdəki kanalların yuxarı künclərində Heydər Əliyevin şəkilləri zahir oldu. Rejim Heydər əliyevdən qalma bir rejim olduğu üçün hər dəfə ənənəsinə sadiq qalaraq bu işi davam etdirir. Bu rejim bununla demək istəyir ki, Azərbaycan xalqının ulu öndəri, ümummilli lideri Heydər Əliyevdir. Çünki adətən əlamətdar günlərdə kanalların yuxarı künclərində xalqın ulu öndərinin rəsmləri əks etdirilir. Misal olaraq qonşu Türkiyə Cümhuriyyətini göstərə bilərik. Bütün əlamətdar, dövlət əhəmiyyətli günlərdə, bayramlarda cumhuriyyətin qurucusu olan Mustafa Kamal atatürkün rəsmləri kanalların yuxarı küncündə əks olunur. Azərbaycan hakimiyyəti də bildirmək istəyir ki, Türkiyədə Mustafa Kamal Atatürk, Rusiyada Vladimir İliç Lenin, İranda İmam Xomeyni xalqın ulu öndəri olduğu kimi Azərbaycanda da Heydər Əliyev ulu öndər və ümummilli liderdir.
Təbii ki, ancaq və ancaq Heydər Əliyevdən hakimiyyəti irs alan İlham Əliyev başda olmaqla ailə hakimiyyəti bu cür düşünə bilər və bu hakimiyyət də hər fürsətdə Heydər Əliyevi xalqa ümummili lider, ulu öndər kimi sırımağa çalışır. Bəs görəsən həqiqət necədir? Bu mövzu təbii ki, hər zamanda gündəmdə olduğu üçün aktuallığını nəzərə alıb bir neçə məqama toxunmaq, beləliklə də Heydər Əliyevin həqiqətdə buna layiq olmadığını sübut etməyə çalışacağıq.
Heydər Əliyev - Azərbaycan Respublikasının üçüncü prezidenti
Əvvəla Heydər Əliyev – hamımızın bildiyi kimi – Azərbaycan ikinci dəfə müstəqillik qazandığı vaxtlarda bu ölkədə prezident statusuna malik olan insanların üçüncüsüdür. Ondan əvvəl Əbülfəs Elçibəy, ondan da qabaq Ayaz Mütəllibov Azərbaycan Respublikasının prezidenti olub. Burada sual çıxır ortaya: Görəsən hansı ölkədə ölkənin üçüncü prezidenti ümummilli lider və ulu öndər hesab edili? Məsələn, götürək Türkiyə Cümhuriyyətini, bu ölkədə ölkənin üçüncü prezidenti ümummilli lider hesab edilirmi? Yaxud Sovet hökümətinin bu ölkənin qurucusu və birinci şəxsi olan Lenindən savayı (ondan sonra gələn) hanısa başçı rus xalqının ulu öndəri kimi qəbul edilirmi? İran İslam Respublikasının hansısa prezidenti xalqın mənəvi lideri, iranlıların öz sözüylə desək inqilab rəhbəri hesab edilirmi? Xeyr! Bəs Azərbaycan hakimiyyəti hansı standartlara söykənərək bu xalq üçün ölkənin üçüncü prezidentini ulu öndər və ümummilli lider hesab edir?
Heydər Əliyev bir prezident kimi necə qəbul edilir?
İkinci məqam ondan ibarətdir ki, Heydər Əliyev nəinki bir xalqın ümummilli lideri, heç ölkə başçısı olduğu illərdə belə xalqın böyük əksəriyyəti ondan narazı olub. Əvvəl günlərdə rejimin təbliğ etdiyi kimi Bakıya dəvət edilib, qanın qarşısında sipər olmuş olsa belə (bu məsələnin özü həqiqət əsasında araşdırılmağa ehtiyaclıdır) sonradan öz dövrəsini hakimiyyətdə gücləndirib, demokratiyanı boğub, xalqı səfalət içində saxlayıb. Xalq, onun zamanında da, ondan sonra yerinə təyin etdiyi İlham Əliyev zamanında həminşə hakimiyyətdən narazaı və incik düşüb. Buna misal olaraq böyük bir kütlənin Heydər Əliyevin prezidentliyi dövründə keçmiş prezident və o zamankı müxalifətin liderlərindən olar Elçibəyin arxasında toplaşmasını və aksiyalarda kütləvi iştirakını qeyd edə bilərik. Bundan əlavə İlham Əliyev hakimiyyəti atasından təhvil aldığı gündən bir neçə gün sonra (hakimiyyəti ələ aldıqdan sonra) haqsızlıqla barışmayan və müxalifət (Müsavat partiyası) ətrafında toplaşan xalqı “dubinka”- polis gücünə yatırtdı. Xalq elə o zamandan Heydər Əliyevin məsləhət gördüyü namizədlə - İlham Əliyevlə barışmadı.
Üstəlik, necə ola bilər ki, türk dövlətləri arasında türkçü kimi tanınan Elçibəy Heydər Əliyevin prezidentliyi zamanında onun ünvanına sərt danışaraq “o sovetlərin tərbiyə etdiyi şəxsdir, işi-gücü baş kəsməkdən ibarətdir” deyir. Bir ulu öndər haqqında bu cür çıxış edərlərmi?
Heydər Əliyev - bir rejimin ulu öndəri
Başqa bir məqam bundan ibarətdir ki, Heydər Əliyev heç zaman bu xalqı düşünməyib, o ki qaldı onun ümummilli lideri olmaq şərəfinə layiq olsun. Fikir verin, əgər Heydər Əliyev demokratik insan və xalqı düşünən şəxs olsaydı özündən sonra öz ailəsini, oğlunu hakimiyyətə gətirməzdi. Əvəzində xalqın rəyinə, seçkisinə hörmət edərdi və özünə rəhbər seçməyi xalqın öhdəsinə qoyardı. O. Isə bunun əksini etdi və hakimiyyəti oğluna tapşırdı. Oğlu da ondan sonra atasına olan borcunu onu ümummilli lider, ulu öndər etməklə çıxdı. Halbu ki xalq tərəfindən Heydər Əliyev heç zaman ulu öndər kimi qəbul edilməyib.
Heydər Əliyev dövlət qurmayıb, inqilab etməyib
Hər hansısa bir şəxs xalq tərəfindən, hətta öz rejimi tərəfindən ulu öndər, lider, rəhbər kimi təqdim ediləndə bəzi kriteriyalar nəzərə alınır, xalqa bunun müqabilində rejimin deməyə bir sözü olur. Məsələn Kuba rejimi Fidel Kastranu xalqa lider kimi təqdim edirdi. Buna dəlil kimi onun inqilab edib xalqı zülmdən xilas etməsini misal gətirirlər. Keçmiş Liviya höküməti Qəzzafinin başçılığı altında inqilab etmiş, kralı devirmişdir. Buna görə Müəmmər Qəzzafi özünü lider hesab edirdi. Yaxud İran İslam Respublikasının banisi İmam Xomeyni zalım şah əleyhinə ayaqlanan xalq kütlələrinin özünə seçdiyi həqiqi bir öndər, yol göstərən və rəhbər idi. Bəs görəsən hazırkı hakimiyyət Heydər Əliyevi hansı kriteriyalarına görə ulu öndər elan edib? Əgər rejimin təbliğ etdiyi kimi Bakıya dəvət edilib üsyançıların qiyamını yatırdıb, qan tökülməsinin qarşısını alıbsa bu, onun ümummilli lider olması üçün dəlil deyil. Bu, olsa-olsa bir siyasətçi üçün imtiyaz sayılmalıdır. Daha bunun bir xalq üçün öndər olmağa nə aidiyyatı ola bilər? Əgər qan yatırtmaq ulu öndərlikdirsə o zaman gərək Böyük Britaniyanın sabiq baş naziri Çörçil ingilis xalqının ulu öndəri olsun. Adam bugünkü dünya siyasətini bəlirləyən simalardan olub, dünyanı Hitler Almaniyasından xilas edən insanların ən öndə gedənlərindəndir.
Heydər Əliyevə gəldikdə isə o nə inqilab edib hanısa zalım diktatoru devirməyib ki, xalq ona xalqı zülmdən xilas etdiyi üçün ulu öndər desin, nə də hansısa dövlət qurub xalqını azadlığa, müstəqilliyə çıxarmayıb. Əksinə hakimiyyətdə olduğu zamanlarda 6 rayon ermənilər tərəfindən işağala məruz qalıb. 10 il prezident olduğu zamanlarda Qarabağın bir qarışını da ala bilməyib. Özündən sonra irs qoyduğu siyasət və siyasətçilər də hələ ki, 13 ildir xalqa yalan vədlər vermək, xalqı aldatmaq, sərvətini talan edib öz dayaqlarını möhkəmlətməklə məşğuldurlar.