Xaçmaz rayon Polis şöbəsində ilginc hadisə baş verib.
İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, Sputnik.az-ın məlumatına görə, əslən Bakı şəhərindən olan 38 yaşlı Ramin Əhmədov RPŞ-yə gətirilib və bir müddət sonra polis işçilərinin gözü qarşısında damarlarını kəsib.Saxlanılan şəxs dərhal Xaçmaz Rayon Xəstəxanasına gətirilib və onun damarlarına tikişlər qoyulub. Xəstənin vəziyyəti normallaşandan sonra dərhal RPŞ-yə qaytarııb. R.Əhmədovun polis idarəsinini gətirilməsinin və özünə qəsd etməsinin səbəbi açıqlanmayıb.