Tarix : 2017 Jun 01
Kod 51842

Hüquq müdafiəçisinin şəxsiyyət vəsiqəsi ləğv edilib

Hüquq müdafiəçisi Samirə Ağayevanın şəxsiyyət vəsiqəsi ləğv edilib.
Azadlıq.org-O, bundan təsadüfən xəbər tutub və məsələnin aydınlaşdırılmasından ötrü daxili işlər naziri Ramil Usubova müraciət etmək niyyətindədir.
S.Ağayeva AzadlıqRadiosu-na bildirib ki, bu barədə notariusda olarkən bilib və məlum olub ki, sistemdə belə sənəd yoxdur. Ona polisə müraciət etməyi məsləhət görüblər.
S.Ağayeva vurğulayıb ki, şəxsiyyət vəsiqəsinin ləğvinə heç bir səbəb olmayıb. Adətən bu, ailə vəziyyətinin dəyişdiyi, yaş ilə əlaqədar sənədin qüvvədən düşdüyü və ya itirildiyi halda edilir.
Ancaq S.Ağayeva yeni şəxsiyyət vəsiqəsini 2016-cı ilin avqustunda alıb. O, cinayət və ya inzibati təqiblərə məruz qalmayıb. Üstəlik, hər hansı istintaqa şübhəli, ittiham olunan və ya şahid qismində cəlb edilməyib.
İyunun 2-də S.Ağayeva Gürcüstana treninqə getməli idi. Odur ki, ehtimal edir ki, baş verənlər təsadüfü deyil və sərhədi keçərkən onu xarici pasportla bağlı "sürpriz" gözləyə bilər.
S.Ağayeva bundan öncə təzyiqlərə məruz qaldığını bildirib. O, D18 Vətəndaş Hərəkatının sədr müavinidir. Peşəkar hüquqşünas olan S.Ağayeva məhkəmələrdə və digər qurumlarda vətəndaşların mülki işlər üzrə hüquqlarını müdafiə edir.






  • Yazılıb
  • da (də) 2017 Jun 01
  • Göndərən مدير سايت Aran News