Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı məkana baxış keçirilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.
QMİ sədri Şeyx Allahşükür Paşazadə tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlığı ilə tanış olub. O, yeni tikiləcək məscidi Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin dindarlarına hədiyyə kimi qiymətləndirib.
İbadət ocağının inşasına bu ay başlanacağı bildirilib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, yeni məscid gələn ilin Ramazan ayınadək hazır olacaq.
İslamazeri.com