ADU tələbələrinin etirazı nəticə verdi
Nur-az.com:Mayın 30-dan başlayaraq imtahanların çoxluğuna etiraz edən Azərbaycan dillər Universitetinin tələbləri etirazlarını bu gün də davam ediblər.ADU İnformasiya Departamentinin müdiri Araz Ağayev bildirib ki, Azərbaycan Dillər Universitetində dövlət imtahanı ilə bağlı Elmi Şuranın yekun qərararına əsasən, dövlət imtahanı ilə bağlı qərar dəyişdirilib. Qərara görə, dövlət imtahanı əvəzinə tələbələrə iki variant təqdim ediləcək. Belə ki, onlara ya iki fəndən hərəsindən 50 sual olmaqla test imtahanı, ya da minimum 5 səhifəlik diplom işi yazmaq təklif olunacaq.