AİP lideri Mövsüm Səmədovun Qobustana göndərilmək üçün məhkəməyə gətirilməsi barəsində xəbər vermişdik.
İslaminSesi xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində baş tutan məhkəmə prosesində dövlət ittihamçısı AİP liderinin 3 il müddətinə Qobustan Qapalı Tipili Təcridxanasına göndərilməsi istəyib.
Hakim hökm oxumaq üçün məhkəməni növbəti prosesə saxlayıb. Növbəti məhkəmə prosesi iyun ayının 9-na təyin edilib.