Tarix : 2017 Jun 03
Kod 51851

Yaxın Şərqdə yeni sünni dövləti yaradılır – Maraqlı TƏHLİL

Zeynəb Gurcanlının Yaxın Şərq hadisələrini təhlil edən yazısı
Truthngo.org-Yaxın Şərqdə kartlar yenə qarışdırılır. ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səyahəti ilə hədəfə açıq-aydın müəyyənləşdi: İŞİD-in Suriyada və İraqda məhvindən sonra bölgədə bir “Sünni Ərəb Dövlətini” yaratmaq. Bunun ilk addımı heç düz əməlli başlı ordusu olmayan Səud rejiminin ABŞ-dan 110 milyard dollarlıq silah alması ilə atıldı. Ardınca təbii ki, bu silahların “doğru” bir yerlərdə istifadə etmək üçün əsgərləri tapmaq lazımdır. Bəs sünni ərəb dövlətini qurub və yaşadacaq bir hərbi qüvvə kim olacaq?
Səud rejmi artıq Afrikada sünnilər arasında muzdlu əsgərlər işinə başlayıblar. Ancaq bu kifayət deyil. “Sünni ordu”sunun əsas qüvvəsini Suriya və İraqdan tapılacaq ərəb əsgərlərdən formalaşdırması nəzərdə tutulub. Elə problem də burada başlayır. Səud rejimi Sisi idarəçiliyindəki Misirlə birlikdə hərəkət edir. Hər iki ölkənin ortaq nöqtəsi İxvanül Müslümün -Müsəlman Qardaşlarından nifrət etmələridir. Türkiyədə AKP idarəçiliyinin isə onlara simpatiyası var. Hətta istifadə etdikləri Rabia işarəsini belə onlardan götürüblər. Bu mənzərədə isə Qətər Müsəlman Qardaşlığının “baş hamisi” rolundadır. Belə görünür ki, yaradılan sünni bloku belə öz içində dolaşıqlığa malikdir.
Dolaşıqlıq o qədər qabarıqdı ki, artıq Qətərlə səudların toqquşması üzə çıxdı
Keçdiyimiz həftələrdə Trampın səudlara etdiyi səyahətdə Qətərin rəsmi xəbər agentliyi QNA bir xəbər yayımladı. Xəbərdə Müsəlman Qardaşlığı Qətər əmirinin dili ilə bolluca tərifləndi. Bu xəbəri daha da şiddətli hala salan isə Qətər əmirinin “İranla yaxşı münasibətlər qurulmalıdır” mesajı altında çıxışının getməsi oldu. İranı özünə baş düşmən elan edən Səud rejimi dəli oldu. Qətərin mərkəzi Əl-Cəzirə kanalı qadağan edildi. Telekanalın boykotuna cəld Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də qoşuldular. Qətərin buna reaksiyası isə xəbər agentliyinin xakerlər tərəfindən ələ keçirildiyi və belə bir xəbərin olmadığı oldu.
Ancaq bu açıqlama da Səudları qane etmədi
Qısası: ABŞ Suriya və ya İraqda səudlarla birlikdə İranla münasibətləri balanslaşdırmaq üçün bir sünni dövlət qurmaq uğrunda mübarizə aparır. Ancaq sünni blokundakı bu dartışmalar bunun xəyaldan artıq olmayacağını göstərir. Qorxuram ki, ABŞ-ın əlində yeganə kart türk ordusu qala. AKP hökumətinin də Rəkkaya mehmetciyi göndərmək göndərmək həvəsi bu işdə bu rola münasibətinin yaxşı olduğunu göstərən bir ip ucudur.
Zərrabın istintaqı
Yaxın Şərqdə yaşanan bu qarışıqlıqların fonunda Rza Zərrab istintaqı da var. Bu işin içində sünni ərəblər də var, Türkiyə də, İran da. Prokurorun iddiasına görə Zərrab səudların da İsrailin də nifrət etdiyi şiə idarəçiliyinə işləyir və ABŞ-ın investiyasiyalarını sıradan çıxarıb Tehrana mənbə yaradır. Zərrab bu işi edərkən sünni blokundakı iki ölkədən Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərinin şirkətlərindən istifadə edib. Bu istintaq gedişinin ən maraqlı tərəfi isə niyəsə bütün qazancını Tehrana yönəltməsinə baxmayaraq, Zərraba yenə sahib çıxan Türkiyənin cəhdləridir. R. Ərdoğan ABŞ-da bu məsələni bir daha xatırlatsa da Tramp bunu komissiyaya həvalə etməyə üstünlük verdi.
Tramp Rusiya ilə münasibətlər məsələsində istintaq altında olduğuna görə Ərdoğana elə bir reaksiya verə bilmədi. İndi bütün bu qarşıqlığının fonunda hansı dövlət yaranacaq və Türkiyənin rolu necə olacaq bunu zaman göstərəcək…



  • Yazılıb
  • da (də) 2017 Jun 03
  • Göndərən مدير سايت Aran News