Tarix : 2017 Jun 03
Kod 51857

Azərbaycan Respublikası prezidenti Tramp üçün əlindən gələni əsirgəmədi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: “Təqdirəlayiq haldır ki, Amerika prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika Prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir”.
Təhlildən daha çox tərifə oxşayan bu məsələnin araşdırmaya ehtiyacı vardır.
AranNews – İlham Əliyevin Darun-nədvədə “Amerika islamı” iclasında iştirak etmək üçün Riyaza səfərinin ardınca Azərbaycan və Ərəbistan mediaları Ərəbistanın müdafiə naziri Məhəmməd bin Salmanın Bakıya səfər edəcəyini xəbər verib. 
28 May-Respublika günü münasibətilə keçirilən rəsmi mərasimdə İ. Əliyev Riyazda baş tutan Amerika islamı iclasını yüksək qiymətləndirib və öz ölkəsinin ərəb-müsəlman-Amrika iclasında yüksək səviyyədə iştirak etdiyini vurğulayaraq bu iclası çox mənalı adlandırıb!
Prezident deyib: “Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu zirvədə yüksək səviyyədə iştirak etmişdir. Hesab edirəm ki, bu zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirmişdir və təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq”.
İlk baxışda İ. Əliyevin bir prezident kimi Riyaz iclasında Trampın iştirakını xarakterizə etməsi sadəlövhlük, dar düşüncəlilik, Ali-Səud və Trampa həddən artıq, qeyri-müdrik və uşaq xasiyyəti ilə güvənmək kimi görünsə də sərgilənən mövqenin bir ölkənin prezidenti tərəfindən olmasına diqqət yetirməklə bir az araşdırmaya ehtiyac duyulur.
Azərbaycan hakimiyyətinin D. Trampın Amerikadan asılı olan ölkələrin işinə müdaxilə etməyəcəyi, onlara muxtarlıq verəcəyi, hətta onlara mühazirə oxumayacağı kimi açıqlamalarını müsbət qarşılaması təbiidir. Çünki Azərbaycan hökumətinin şiə ruhaniləri və fəallarının hüquqlarını poza bilmək üçün yaratdığı durum tamamilə Ərəbistan hakimlərinin, Trampın və sionist rejiminin istəyinə uyğundur, Amerika dövləti bu barədə birbaşa müdaxilə etməyə ehtiyac görmür, yalnız Xalq Cəbhəsi Partiyası və bəzi qərbyönümlü hüquq müdafiçisi fəallarının əsas hüquqları pozulduqda Amerika XİN-i, yaxud bu ölkənin Bakıdakı səfirliyi formal olaraq qərbyönümlü siyasi fəalların həbsinə və onlara işgəncə verilməsinə münasibət bildirir. Əlbəttə, bu kimi reaksiyaların heç bir dəyəri yoxdur və Tramp 28 may münasibətilə göndərdiyi təbrik mesajında Azərbaycan hökumətini Vaşinqtonun “dəyərli əməkdaş”ı adlandırdı.
Ona görə də İ. Əliyevin Amerika prezidentinin sözlərini müsbət dəyərləndirməsi məhz hökumətin insan hüquqlarını pozmasında müstəqillik qazanmasına görə minnətdarlıq etməsi deyil, üstəlik, hazırkı durumda Trampın İslam dünyasına qarşı məkirli siyasətində ona tabe olacağını bildirmək sayılır. Halbuki, hamı bu məsələnin İslam dünyasına ziyanlı olduğunu vurğulayır. Hətta, İslam dünyasını və Qərbi Asiyanı qarışdırmaq siyasətləri qarşısında dəfələrlə qərb və Ali-Səud siyasətlərinə aldanan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu dəfə Darun-nədvə Riyaz iclasının sirrinin ifşa edildiyinə, iştirak edəcək ölkə başçıları və nümayəndələrinin ipinin Trampın naibi kimi Salmanın əlində olduğuna görə bu görüşdə şəxsən iştirak etməkdən qaçdı. Amma Azərbaycan hökuməti bir çox beynəlxalq və regional siyasətlərdə Türkiyənin qərarlarına tabe olmasına baxmayaraq, bu dəfə Trampa görə Ali-Səudun İslam dünyasına qarşı məkirli plan iclasında iştirak etməkdən boyun qaçıra bilmədi. Bakı təhlilçiləri və mediaları Əliyevin Riyaz iclasında iştirakını formal, məhz Ali-Səudun dəvətinə diplomatik cavab vermək və bir növ Ərəbistanın Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsinə minnətdarlıq kimi başa salmağa cəhd etsələr də İ. Əliyevin 28 May mərasimində Riyaz iclası barədə bəsit təhlili göstərdi ki, Bakı tədriclə vəhabi Ali-Səudun Suriya və İraqda İrandan aldığı zərbənin Azərbaycan Respublikasında əvəzini çıxmaq üçün qurduğu tələyə tərəf gedir. 
Qeyd olunan istiqamətdə İ. Əliyevin Riyaz iclasında iştirakının ardından dərhal sonra Ərəbistanın öz mənasız açıqlamaları ilə dirayətsizliyini və bacarıqsızlığıın sübuta yetirmiş müdafiə naziri Məhəmməd bin Salman Bakıya səfər edir.
Azərbaycanın hazırkı durumda neftin qiymətinin aşağı enməsinə görə ağır iqtisadi durumda olmasına baxmayaraq müdrik siyasət belə hökm edir ki, o, təcrübəli siyasətçi və təhlükəsizlik məsələlərini yaxşı bacaran atasının nəsihətini unutmayıb Tramp-Netanyaho-Ali-Səud üçbucağı tələsinə düşməyəcək. Çünki ötən illər boyu regionda baş verən hadisələr sübut etmişdir ki, nəhs üçbucağın İrana qarşı məkirli planlarının gerçəkləşməsi mümkün deyil və regionda bu planları icra etməyə cəhd edən amillər bədbəxtliyə düçar olmuş və qara günə düşmüşdür.


  • Yazılıb
  • da (də) 2017 Jun 03
  • Göndərən مدير سايت Aran News