Tarix : 2017 Jun 03
Kod 51858

Avropa “dəyərləri”: Tanış olun, bu “kişi” Lyuksenburqun birinci “xanımıdır”

Qərbin tolerantlıq pərdəsi altında əxlaqsızlıqları sərhəd tanımır. Bu dəfə kişini “birinci xanım” kimi təqdim etdilər…
“Truth NGO” xəbər verir ki, NATO-ya daxil olan ölkələrin prezidentləri mayın 25-də NATO-nun sammitində ciddi problemlərin müzakirələrini apararkən, onların xanımları Brüsseldə, Belçika kraliçası Matilda tərəfindən təşkil edilən ziyafətdə bir araya gəliblər.
Bu xanımların arasında yalnız Qotye Desteney adlı bur “kişi” – belçikalı memar diqqəti cəlıb edirdi. O, birinci xanımların görüşündə iştirak edən ilk kişi oldu.
Xanımlarla birlikdə görüşə qatılan və şəkil şəkdirən bu kişi – Lyuksenburqun baş naziri Ksavye Bettelin həmcinsbaz izdivacından olan “xanımıdır”.
44 yaşlı Lyuksenburq baş naziri və onun 38 yaşlı kişi “xanımı”, iki il əvvəl – Lyuksenburqda həmcinsbazların nigahına rəsmi icazə verildikdən sonar birlikdə hüquqi nikah kəsdiriblər.
Şəkildə soldan-sağa ön planda – Fransa birinci xanımı Bridjit Makron, Türkiyənin birinci xanımı Əminə Gülbaran Ərdoğan, ABŞ birinci xanımı Melania Tramp, Belçika kraliçası Matilda, NATO baş katibi Yens Stoltenberin xanımı Ingrid Şuleryud, Bolqarıstan prezidentinin rəfiqəsi Desislava Radeva, Belçika Baş naziri Şarl Mişelin rəfiqəsi Ameli Derbaudrengen
Soldan-saga arxa planda: Qotye Desteney – Lyuksenburqun birinci “xanımı, Moyka Stropnik – Sloveniyanın baş naziri Miroslav kiçik-Tserarın vətəndaş niganından olan həyat yoldaşı,  Marqret Baldvinsdottir – İslandiyanın baş naziri Byarni Benediktssonun xanımı.

Həmid Türki
  • Yazılıb
  • da (də) 2017 Jun 03
  • Göndərən مدير سايت Aran News