O, İranın məzlum xalqını zülm, ayrıseçkilik, köləlik, istismar və zillətdən azad etmək, İslamın nurani təlimlərini həyata keçirmək üçün qiyam etdi.
AranNews – 14 xordad (4 iyun) İran və dünyanın saysız azadlıqsevərlərinin sevimlisi, ilham aldıqları, ictimai həyatlarında örnək seçdikləri siyasi və dini rəhbərin ürəkyandıran vəfat günüdür.
Həzrət İmam Xomeyni (rh) tarixin ən görkəmli və ən zəkalı islamşünası olaraq sübuta yetirdi ki, Allahın dini düzgün dərk edilərsə, ilahi vəzifə düzgün ayırd olunarsa, xalislik və sadiqliklə yalnız Allahın razılığına xatir əməl edilərsə, Aləmlərin Rəbbi qəlbləri Öz bəndəsinə tərəf yönəldər və ona kömək edər. “Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”.
Öz vəzifəsini başa düşən İmam Xomeyni (rh) Allahın adının yüksəlməsi və Onun yolunda qiyam etdi, xalqın aşiqanə dəstəyi ilə İran və dünyada heyrətli hadisələr yaradacaq inqilabın təməlini qoydu.
O, İranın məzlum xalqını zülm, ayrıseçkilik, köləlik, istismar və zillətdən azad etmək, İslamın nurani təlimlərini həyata keçirmək üçün qiyam etdi.
İmam öz qiyamında daim təkid edirdi ki, onun, yoldaşlarının və yaratdığı quruluşun məsullarının vəzifəsi xalqa ixlasla xidmət etməkdir. Hər kəsin vəzifəsi daha yüksək olarsa, daha çox təqvalı olmalı, özünü düzəltməli və “adam” olmalıdır. Buyururdu ki, nəfsini saflaşdırmayan və adam olmayan ruhani, ya məsul ölkəni məhv edər, İslama silli vurar.
Bu islamşünas bənzərsiz bir şəxsiyyət olaraq dünyanın hər bir yerində məzlumların və yoxsulların qayğısına qalmağı öz vəzifəsi bilirdi, İslam hökumətinin gücü çatdığı qədər başqalarına kömək etməli olduğunu vurğulayırdı. O, ömrü boyu özünə və öz maraqlarına deyil, Allaha xatir və ixlasla əməl etməyə çalışdı.
İmam Xomeyninin (ə) təfəkkürü və fərdi həyat tərzi bir yoldur. Demək olar ki, Xomeyni yolu “sirati-müstəqim”in izahı və İslam yoludur. Onun təfəkkürünü və həyat tərzini vəsiyyətnaməsini mütaliə etməklə və sözlərinə diqqət etməklə başa düşmək olar. İmamın (rh) vəsiyyətnaməsi islamşünaslığın qısa məzmunudur.
Allahın salamı olsun ona! Yolu əbədi və ardıcılı çox olsun!