Tarix : 2017 Jun 06
Kod 51860

İslam İnqilabından sonra “Azərbaycan xomeyniçiləri” yarandı-İranı sevirik, çünki Amerikanın qarşısında dayanmışdır

Orxan Məhəmmədov Azərbaycanın mədəniyyət fəallarından biridir. O, ölkəsində media repressiyasından danışır. Onun sözlərinə görə, hamı İranın İraqa hücum etdiyini düşünürmüş. Azərbaycanda “Xomeyniçilər”in formalaşması İslam İnqilabının ilk səmərəsi olmuşdur.
AranNews – İran İslam İnqilabının banisinin “Amerika heç bir qələt edə bilməz” tarixi cümləsi zülm və imperializmlə mübarizə aparanların ruhuna qida verir, məzlumların qalib olacağı və hökmranlıq edəcəyi barədə Allahın vədinin gerçəkləşməsinin şahidi olacaqlarına ümidlərini artırır.
Bu arada İran İslam İnqilabının və Ruhullahın iranlı olmayan övladlarının fikir və təcrübələri bu sözləri təsdiqləyir. Məhrum İmamın adı onların dilinə gəldikdə gözlərində yaş gilələnir, boğazları tutulur, danışa bilmirlər.
Ruhullah övladlarından biri də mədəni fəal, Quran və hədis elmləri üzrə ilahiyyatçı Orxan Məhəmmədovdur. Orxan, Azərbaycada dünyaya gəlib, ancaq İran İnqilabından elə danışır ki, sanki ömrünü İranın inqilabçı xalqının yanında keçirmişdir. Daha maraqlısı isə onun İslam İnqilabı qarşısında məsuliyyət hiss etməsidir.
İran İslam İnqilabının Azərbaycana təsiri Orxan Məhəmmədovun “Təsnim”ə verdiyi müsahibəsinin mövzusudur. Mədəniyyət fəalı ilə müsahibəni sizə təqdim edirik:
Dedi ki, Amerika və İsrailin qarşısında dayanmaq istəyir: elə orda İmam Xomeyninin şəxsiyyətinə cəzb oldum
Mən Orxan Məmmədov, Azərbaycan Respublikasında dünyaya gəlmişəm. Rusiyada orta məktəbi bitirdikdən sonra universitetdə ali təhsil almağa məşğul oldum. Burada İslam İnqilabı təfəkkürü ilə tanış oldum. İnqilabın səsi Rusiyaya çatdı. İmam Xomeyninin Amerika və İsrailin qarşısında dayanması barədə bəzi sözlər eşitdim. Bu sözlərlə onun haqqında təsəvvürüm formalaşdı. Araşdırmalarımın ardında həzrət İmamın şəxsiyyəti məni özünə cəzb etdi. İran İslam İnqilabı ilə bağlı mütaliələr etdim. Livanlılarla görüşdüm və onların toplantılarında iştirak etdim. Sonra İrana səfər etdim. Mənim yaşadığım yerdə Azərbaycan xalqının İranla tanış olması üçün heç bir fəaliyyət göstərilmirdi. Bizim İran barədə təsəvvürümüz yaxşı deyildi. Bunun səbəbi İranın Azərbaycanda düzgün mədəniyyət fəaliyyətinin olmaması idi. 
SSRİ-nin parçalanmasından sonra İsrail Azərbaycanın xəbər mərkəzlərini, Türkiyə universitetləri tutdu, ancaq İran bazarlarımızın sorağına getdi!
Sovetlər Birliyi dağılanda Azərbaycanın müsəlman xalqının qəlbində iranlılara sevgi var idi. Ancaq israillilər Bakıda dərhal xəbər mərkəzləri təsis etdilər, o zaman yaxşı durumda olmayan hökuməti pulla ələ aldılar və xəbər yayımına nəzarəti öz əllərinə keçirdilər. Türklər də bütün universitetlərimizi tutdular. İranlılar isə yalnız bazar ardınca getdilər. Özünüz bazar camaatının dünyagörüşünü və mədəniyyətini bilirsiniz. Onların rəftarlarını gördükdə İrana qarşı sevgimiz nifrətə çevrildi. Hətta, universitetdə İranın Azərbaycan iqtisadiyyatını məhv etməsi ilə bağlı iclaslar keçirdik. Artıq İrandan xoşumuz gəlmirdi. Digər tərəfdən xəbər mərkəzlərini öz əlinə almış İsrail, İranı Azərbaycanı işğal etmək istəyən bir ölkə kimi tanıdırdı. Bəziləri də bu təbliğatlara yardımçı olur və xalqın hisləri ilə oynayırdı.
Nardaran Azərbaycanda İnqilabın qəlbinə çevrildi
Azərbaycanda Nardaran adlı bir kənd var. İmam Rzanın (ə) bacılarından birinin məzarı bu kənddə yerləşir. Nardaran bir neçə şəhid vermişdir və tanınmış bir yerdir.
Yəməndən bir nəfər Bakıya gəldi və İranda Əhli-beyt (ə) tərəfdarı olan bir nəfərin qiyam etməsi haqqında danışdı. Onu dinləyən bir neçə nəfər Nardaranda İmam Xomeyninin fikirlərini təbliğ etməyə başladı. Bu kənd inqilabçıların qəlbinə çevrildi. Qeyd edim ki, bu kəndin camaatı dinə bağlı idilər, hətta qadınları çadra atırdılar.
Əlikram Əliyev Azərbaycan Xomeyniçilərinin rəhbəri 
Hacı Əlikram Əliyev İnqilabın təbliğçisi və İmamın tərəfdarı olduğu üçün ömrünün təqribən 15 ilini həbsxanada keçirdi. Ona və onun tərəfdarlarına “xomeyniçi” deyirdilər. Özü də xomeyniçi olduğunu deyirdi. O, çox ixlasla əməl edirdi. Universitetdə təhsil almışdı və hövzə tələbəsi deyildi, ancaq çox dindar və inqilabçı idi.
Əlikram Əliyev Azərbaycan islamçılarının rəhbəri
Özü deyirdi: “İran-İraq müharibəsi zamanı oturub radioya qulaq asırdıq. İran əsgərlərinin kifayət qədər isti geyimləri olmamasını eşitdim. Bu xəbər məni çox ağlatdı. Ürəyim sakitləşmirdi. Soyuq qış günü olmasına baxmayaraq xalçanı kənara çəkib soyuq daşların üstündə yatdım ki, ürəyim bir az sakitləşsin”. 
Mənə elə gəlir ki, Azərbaycanda şiə hərəkatının atası Hacı Əlikramdır.
Azərbaycanın bağlı mühitində İranın İraq torpaqlarına təcavüz etdiyinin düşünürdük
İraq-İran müharibəsi zamanı izləyə biləcəyimiz media və mətbuat SSRİ-nin yayımladığı xəbərlər idi. Onlar da müharibə haqqında çox qısa məlumatlar verirdi, üstəlik, xalqı inandırmağa çalışırdılar ki, İran İraq ərazisinə təcavüz etmişdir. Xarici ölkələrlə heç bir əlaqəmiz olmadığından həqiqətin onların dediyi kimi olduğunu düşünürdük. Hətta, bir kəsin xarici ölkəyə səfər etməsi çox çətinliklə başa gəlirdi. Çox bağlı bir mühitdə yaşayırdıq. SSRİ-nin məxfi müharibələri haqqında yazılmış bir kitab oxudum. Kitabda qeyd olunur ki, SSRİ İraqa neçə min hərbi qüvvə göndərmişdi və İraqın Rusiya generalları ilə məsləhətləşmədən başladığı bir müharibə olmayıb. Kitabın vediyi təhlildə SSRİ-nin Əfqanıstana girməsinin səbəbləri açıqlanır və SSRİ-nin dağılmasının səbəbi kimi İmam Xomeyninin İslam İnqilabını göstərək yazılır: “Biz İnqilabın qarşısını almaq üçün Əfqanıstana getdik”.
Babamın ürəyi daim İranla idi və İran üçün dua edirdi. Bunun səbəbini bilmirdik. Çünki elə bilirdik ki, İran İraqa hücum etmişdir. Babam da izah edə bilmirdi, ancaq İrana çox sevgisi bəsləyirdi.
Məncə, 78-ci ildə şəhid Musa Sədr Bakıya gəldi. Ancaq bu xəbər işıqlandırılmadı. Neçə illər sonra Ağanın nümayəndəsi Azərbaycana gəldi və fəaliyyətə başladı. Ancaq ilk qığılcımı Hacı Əlikram vurdu. Onlar demişdilər ki, İrandan ziyarət adı ilə bəzi adamlar gələcək. Biz İran hadisələrini onlardan soruşurduq.
İranda vəziyyətin çox ağır olduğunu deyirdilər. Hətta bir cüt əsgər çəkməsini də İran Ordusuna hədiyyə etmək istədim
Rusiyada olduğum zaman İran haqqında elə təbliğat aparılırdı ki, İranda hamının hizbullahçı olmasını düşünürdüm. İranın iqtisadi durumunun çox ağır olduğunu deyirdilər. Bir cüt əsgər çəkməsi varım idi. Onu İran Ordusuna hədiyyə etmək qərarına gəldim. Sonra gördüm ki, İran xalqı iqtisadi baxımdan Rusiya əhalisindən də yaxşı yaşayır.
İranı sevirik, çünki Amerikanın qarşısında dayanıb
İndi bizim bölgələrimizdə İslam İnqilabına sevgi vardır. Çünki İran İslam İnqilabı imperializmlə mübarizə aparır. Bir zamanlar Rusiya Gürcüstana girmişdi. Amerika demişdi ki “Gürcüstandan çıx”. Rusiya da “baş üstə” deyərək, Gürcüstandan çıxdı. Bunun səbəbi Amerikadan qorxması idi. Ancaq İran Amerikanın qarşısında dayandıqdan sonra Rusiya da Amerikanın qarşısında dayandı.
Aleksandr Duqin ideoloqdur və Putinin müşaviridir. O, dəfələrlə İrana səfər etmiş və demişdir: “Biz İranla birlikdə qərb liberalizmi qarşısında dayanmalıyıq”. Sözsüz ki, bu İnqilabın təsiridir. O xristian olmasına baxmayaraq müqaviməti bərk müdafiə edir. 
Özü və ailəsi ilə görüşdüyüm şəxslərdən biri də Maksim Şevçenkodur. O da rusiyalı ideoloq olaraq qərb və İsrailin siyasətlərinə qarşıdır.
Xristian ruhanisi olan bir dostum var idi. O deyirdi: “Əgər müharibə olsa, mən İran cəbhəsində döyüşməyə hazıram”. 
İmperializmlə mübarizəni adi məsələ hesab etmək olmaz. Onlar hay-küydən qorxurlar. İndi Rusiya və Amerika qarşı-qarşıya dayanıb. Bu, İnqilabın bərəkətindəndir ki, imperialistləri bir-birilə üz-üzə qoydu.
Azərbaycanın zindanlarında 250 nəfər dindar və ruhani
İnqilabdan öncə Azərbaycan xalqı dinə qarşı laqeyd idi. Amma indi iki qrupa bölünüb və bir qrup dinini müdafiə edir. Hal-hazırda  Azərbaycanın həbsxanalarında 250 nəfərdən çox mömin və ruhani vardır. Onlara verilən dözülməz işgəncələrə baxmayaraq, indiyə qədər heç biri dinini müdafiədən geri çəkilməyib, azadlığa buraxılmaq üçün bəraət istəməyib. Hətta, şəhid də verdik. Onlar son nəfəslərinə qədər “zalımı devirəcəyik” dedilər.
Sələfilər İmam Xomeynini müdafiə etdilər
Dəfələrlə məsciddə sələfilərlə bir yerdə oturmuşam. Bir nəfər gəlib, İmam Xomeyniyə qarşı danışırdı. Mən çox narahat olurdum. Bir dəfə dedim ki, İmam Xomeyniyə qarşı iftira atan o adam hansı sənədə əsaslanır?
Çox maraqlıdır ki, orda olan sələfilər İmamı müdafiə etdilər və həmin adamı məzəmmət edib dedilər ki, ağzına gələni danışma!
İnqilabın mesajı hələ İrana çatmayıb!
Mənə elə gəlir ki, İnqilabın mesajı hələ İrana çatmayıb. İnanın! Bu mənim fikrimdir. İmamın istədiyi və indi Ayətullah Xameneinin istəyi hələ məsullar, bəsicilər və hizbullahçılar arasında lazımınca mənimsənilməyib. Biz İnqilabın aşiqi olmalıyıq, dərs oxumaqda və mücahidlikdə hər şeyimizdən keçməliyik. İngiliscə yazılmış bir məqalədə deyilir: “Bunlar iki dəfə oyandılar. Həzrət Məhəmmədin (s) dövründə və indi”. Diqqət etməliyik ki, bizim əlimizə bir nemət düşmüşdür, Allah eləməsin, bu nemət bizdən alına.
Səfir haqqında acı xatirə 
İranın Azərbaycandakı sabiq səfiri bir gün bizi toplayıb dedi: “Sizdən üç şey xahiş edirəm: birinci, Azərbaycan hökuməti ilə işiniz olmasın, ikinci, Amerika və İsrail ilə işiniz olmasın, üçüncü, homoseksuallarla işiniz olmasın”. Sonra dedi ki, siz hökumətinizə qarşı çox bədbinsiniz, radikal olmayın. İmam Səccadın (ə) etdiyi işi edin, dua və ...
Əlbəttə, mən və yoldaşlarım ona öz etirazımızı bildirdik. Sonra onun əvəzinə başqası səfir oldu.
İranlı qardaşlarıma tövsiyəm budur ki, bir ölkədə mədəniyyət fəaliyyəti göstərmək istəyirlərsə, əvvəlcə, oranın mədəniyyətini düzgün tanımalıdırlar. Mən bu barədə Səhər televiziya kanalının rəhbərliyinə bir neçə nümunə demişəm. Məncə, mədəniyyət fəaliyyəti üçün həmin ölkənin gəncləri və mədəniyyət adamları ilə məsləhətləşmələr aparılmalıdır. 
İkinci tövsiyəm budur ki, imperializmin hay-küyündən qorxmasınlar. Çünki onlar doğrudan da heç bir qələt edə bilməzlər. 
Başqa bir tövsiyəm budur ki, İnqilab və vilayəti-fəqih təfəkkürünün daha da möhkəmlənməsi üçün ciddi çalışmalıyıq.



  • Yazılıb
  • da (də) 2017 Jun 06
  • Göndərən مدير سايت Aran News