22 il Təbrizdə cümə namazına rəhbərlik etmiş və Ali Məqamlə Rəhbərin Şərqi Azərbaycan üzrə nümayəndəliyini öhdəsinə almış Ayətullah Müctəhid Şəbüstəri səhhətində yaranmış problemlərə görə vəzifəsindən istefa verdi və İnqilabın Böyük Rəhbəri Ayətullah Xamenei höccətül-islam vəl-mislimin Seyid Məhəmmədəli Alihaşimi Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi təyin etdi.
AranNews – Höccətül-islam vəl-mislimin Seyid Məhəmmədəli Alihaşim dünən Təbrizdə Ramazan ayının ilk cümə namazına rəhbərlik etdi.O, tanınmış təbrizli ruhani Seyid Məhəmmədtəqi Alihaşimin oğludur.
Seyid Məhəmmədəli hüquq üzrə doktordur, xalq arasında çox sevilir, sadə həyat yaşayır və İran-İraq müharibəsində döyüş cəbhəsində iştirak etmişdir.
Uzun illər İran İslam Respublikasının ordusunda hüzuru onu ordunun tanınmış simasına çevirmişdir.
Ötən həftəyə qədər İİR Ordusunda Ali Məqamlı Rəhbərin nümayəndəsi vəzifəsini icra edirdi.
Seyid Məhəmmədəli Alihaşim imam cümə olaraq Təbrizdə rəhbərlik etdiyi ilk cümə namazının xütbələrində dedi: “İranın izzət və istiqlalı İmam Xomeyninin (ə) bərəkətli vücuduna görədir. Onun rəftarı, sadəliyi, rəhbərliyi, idarəçiliyi, xalqın yanında olması diqqəti çəkirdi. Gənc nəslin İmamla (rh) tanış olması üçün bu məsələlər camiədə bəyan olmalıdır”.
İmam cümə həzrət Ayətullah Xameneinin vilayət və rəhbərliyininin ildönümünü də uca tutaraq dedi: “60-cı ildə baş verən terror hadisəsində onun sağ qalaraq rəhbərliyi öhdəsinə alması Allahın lütfü idi”.
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi onu sevdiklərinə və səmimi qarşıladıqlarına görə də xalqa minnətdarlıq edərək bildirdi ki, sizin bu lütfünüz mənim məsuliyyətimi daha da ağırlaşdırır və Qeyrətli Azərbaycan üçün bütün təlaşlarımı göstərəcəyəm.
Höccətül-islam Seyid Məhəmmədəli Təbrizin müvəqqəti imam cüməsi olan atasına hörmət əlaməti olaraq təkcə cümə namazını yerinə yetirdi və əsr namazı Ayətullah Seyid Məhəmmədtəqi Alihaşimin imamlığı ilə qılındı.