Tarix : 2017 Jun 06
Kod 51862

Parça-parça olmuş Azərbaycan dili

Azərbaycan Respublikası bir əsr arasında iki dəfə əlifbasını və yazısını dəyimiş bir ölkədir. Neçə il bundan öncə kommunist hakimiyyətinin rəsmi kiril əlifbası latın əlifbası ilə əvəz edildi və kiril əlifbası ilə mətn yazmağa cərimə qoyuldu.
Hər bir ölkədə əlifbanı dəyişməyin nəticəsi ilk olaraq iki nəsil arasında mədəniyyətin qırılması olur. Çünki əlifba dəyişdikdən sonra ziyalılar, mütəfəkkirlər və bütün insanlar üçün keçmiş mətn və sənədlər ikinci və xarici bir dil kimi qalır. Bunun da nəticəsində iki nəsil arasında dərin mədəniyyət uçurumu yaranır. Sözsüz ki, belə bir uçurum yarandığı surətdə bir millətin mədəniyyətini dəyişmək təbii və asan məsələdir.
Hər bir dilin və ona bağlı olan mədəniyyət və ədəbiyyatın inkişafı, zaman konteksi və o zamana bağlı olan materiallarına və folkloruna söykənməklə yaranır. Əlifbanı dəyişmək bu təkamül prosesinin qarşısını alır, üstəlik, bir ölkənin dil və mədəniyyətini sapınmaya və məhvə doğru sürükləyə bilər.
Öz müstəqilliyini bayram edən Azərbaycan yeni mədəniyyət işğalına razı olub. Halbuki, bu işğal rusların 70 illik işğalıından elə də ürəkaçan deyil. Çünki bu əlifba və onun gətirdiyi yeni mədəniyyət qədim işğalın davamıdır.
Azərbaycan Respublikasının dövlət rəhbərləri və siyasətçiləri ölkənin müstəqilliyinin birinci onilliyinin sonunda 76 il bundan öncə Atatürkün getdiyi bir yolu seçdilər. Azərbaycan rəhbərliyi bu ölkəni Türkiyəyə çatdırmaq istəsə də yenə Türkiyədən 76 il geridir, Türkiyənin Avropadan 19 əsr geri qaldığı kimi!
Türkiyə əlifbasını dəyişməklə Avropaya çata bilmədi, ancaq tarix, mədəniyyət və sivilizasiyasından uzaq düşdü. Latın əlifbası ilə yazan təhsil almış hər bir türk üçün ingilis dili hələ də xarici bir dildir, necə ki, Quran və qədim mətnlər onun üçün xarici dildir.
Bugünkü türk “türk” və “Osman” yazır, ancaq «تورک» və«عثمان» -ı oxuya bilmir. Dədə Qorqudu da əsil əlifba ilə deyil, başqasından aldığı əlifbası ilə oxuyur və yazır.
Bundan qabaq bir dəfə əlifba dəyişməyi təcrübə edərək Füzuli, Şəhriyar, Hüseyn Cavid və digər şəxsiyyət və ədəbiyyatından uzaq düşmüş Azərbaycan bir daha buna getdi. Müasir Azərbaycanda övladlar babasının dil və əlifbasını bilmir. Bundan sonra da onların övladları öz atalarının dil və əlifbasından xəbərsiz qalacaq.
Öz tarixindən 70 il uzaqlaşmış Azərbaycanın yenidən əlifba dəyişməsi onu öz kimliyindən daha bir 76 il geri salmadımı? Bu ölkədə gələcək nəsil “Azərbaycan Respublikasının mədəniyyət kimliyi” adlı kateqoriya ilə tanış olacaqmı? Cavab müsbət olarsa, onda soruşmaq lazımdır ki, həmin parça-parça olmuş dil və ədəbiyyat iləmi?
Şübhəsiz, Azərbaycan Respublikasının dövlət adamlarının bu hərəkəti ölkəni Avropaya, hətta Türkiyəyə də çatdıra bilməyəcək. Amma elə də uzaq olmayan gələcəkdə Azərbaycanı Türkiyənin əyalətlərindən birinə çevirə bilər. Türkiyə jurnalistlərinin və hənəfi məzhəbli təbliğçilərinin bu ölkəyə davamlı səfərləri bunu belə izah edir. Ancaq bu barədə tarix qərar verəcək.
Mehdi Nalbəndi, Azərbaycan məsələləri üzrə ekspert







  • Yazılıb
  • da (də) 2017 Jun 06
  • Göndərən مدير سايت Aran News