Tarix : 2017 Jun 06
Kod 51863

Dini Komitənin sabiq sədri: Belə din xadimlərini ölkədən çıxarmaq lazımdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev “Ramazan ayında toy etmək olmaz” fikrini Modern.az-a açıqlamasında cəfəngiyyatdan başqa bir şey olmadığını deyib:
Islamazeri.az-“Ramazan çox sevilən və bütün bayramlara əsas verən bir aydır. Təkcə Azərbaycandan başqa bütün ərəb ölkələrində Ramazan ayında restoranlar, şadlıq evləri toy üçün tutulur. Axşam iftardan sonra səhərə qədər toy çalınır. “Ramazan ayında toy etmək olmaz” deyən din xadiminin İslam dinindən anlayışı yoxdur. O, din xadimi deyil. Əhalini yanlış yönləndirdiyi üçün onu ölkədən çıxarmaq lazımdır. Camaatın toy, nişan, ad günü sevincini niyə əlindən alırlar? İslamda belə şey qətiyyən yoxdur”.
R.Əliyev bildirib ki, Ramazanda toy etmək İslamın əleyhinə çıxmaqdır.









  • Yazılıb
  • da (də) 2017 Jun 06
  • Göndərən مدير سايت Aran News