Tarix : 2017 Jun 06
Kod 51867

Azərbaycan Ziyalılar Birliyinin sədri Hacı Mövsüm Səmədovla görüşüb

İslaminSesi bildirir ki, Azərbaycan Ziyalılar Birliyinin sədri, yazar Eldəniz Quliyev Hacı Mövsüm Səmədovla görüşüb.
İslaminsesi.az-Eldəniz Quliyev görüş təəssüratlarını bölüşüb.O bildirib ki, Doktor həmişəki kimi öz sağlam əqidəsi və duruşu ilə onu heyrətə gətirib: "Bu gün mən 12 saylı cəzacəkmə müəssisəsində dəyərli Hacı Mövsümlə görüşdüm. Hacı həmişəki kimi öz ləyaqətli duruşu və  saf əqidəsi ilə dim -dik dayanıb. Əmin oldum ki, heç bir həbsxana, heç bir əzab-əziyyət və təzyiqlər onun imanını sarsıda bilməz və ən başlıcası tutduğu haqq yoluna zərrə qədər kölgə sala bilməz.
 Çox optimist, yüksək əhval-ruhiyyəli və ümidli idi. Hamıya salam göndərdi. Xalqımızı mübarək Ramazan ayı münasibəti ilə təbrik etdi və Allah -Təaladan hər kəsin oruc-namazını qəbul olunmasını dilədi."















  • Yazılıb
  • da (də) 2017 Jun 06
  • Göndərən مدير سايت Aran News