Badkubeh -Deyvid Nisman : 1931 ci ildə Yaponiyanın Mançuriyaya hücumu və işğalından sonra Sovet ittifaqı öz sərhədlərinin təhlükısizliyinə görə narahat oldu. Kommunist partiyası və komsomolun mərkəzi komitəsi sərhədlərdə ehtimal olunan müharibənin qrşısını almaq üçün, şərq araşdırmaları və mütaliəsi üçün Sovet ittifaqının ali təhsil müəssisələrində tələbələrin səfərbərliyinə dair qərar verdi. Ali təhsil komitəsi və xalqların müdafiə komisarlığı dil öyrənmə dərslərini öz üzərlərinə götürdülər.Məqsəd tarix, iqtisadiyyat, iqtisadi coğrafiya, sosiologiya və etnoqrafiya sahəsində lazımi biliyə malik şərqşünas və mütəxəssislərin (tərcüməçi və şərhçilərin) hazırlanması idi. Əvvəlcə hazırlanan mütəxəssislərə əsas etibarı ilə Yapon və İngilis dilləri öyrədilirdi.1938 ci ildən qızıl ordunun əsas siyasi təbliğat idarəsi bi işi öz öhdəsinə götürdü.Qızıl ordunun əsas siyasi təbliğat idarəsnin məqsədi Sovet ittifaqına qrşı olan həqiqi müxalif ordu qüvvələrinin əhval ruhiyyəsi və psixoloji vəziyyətinin zəiflədilməsi üçün təbliğatın təşkili və istiqamətləndirilməsi idi. Bundan əlavə müharibə olacağı təqdirdə imperialist dövlətlərin orduları və arxa cəbhədəki qüvvələri arasında təbliğat və əks təbliğatın idarə olunması da əsas hədəflərdən idi. 1941 ci ildə Almaniya Sovet ittifaqına hücum etdi və bu məsələ İranda da öz təsirini göstərdi. O zaman İranda xidmət edən Sovet diplomatı İrandakı vəziyyəti belə şərh edir.
” İranın bütün şimal əyalətlərində (ostanlarında) Sovet ittifaqı ilə sərhəd bölgələrində Almaniyanın təxribatçı və casusları ilə birlikdə beşinci kolonu fəaliyyətə başlayıblar.” Bizim diplomatlar Sovet ittifaqı və İranın təhlükəsizliyinə xələl gətirən Hitlerçi casus və terrorçuların aradan aparımlasını Rza şah və hökümətindən tələb edib. 1921-ci ildə İran və sovet ittifaqının imzaladığı müqaviləyə əsasən, Sovet hökuməti faşistlərin İrandakı fəaliyyəti ilə əlaqədar İran dövlətinə yazılı üç xəbərdarlıq təqdim etdi. Xəbərdarliqlardan qarşılıqlı reaksiya görməyən Sovet ittifaqı 1921 ci ildə imzalanmış müqavilənin altıncı maddəsini əldə əsas tutaraq beş avqust 1941 ci ildə qızıl ordu İranın şimalını işğal elədi. eyni halda İngiltərə də neft mənafeini müdafiə etmək üçün İranın cənubunu işğal etdi. Sovet ittifaqı işağal etdiyi İran ərazilərində təxminən on beş milyonadək yazılı təbliğat bildirişlər payladı. Bildirişlərin on bir milyonu Fars və Azəri dilllərində dörd milyon, erməni dilində iki yüz min isə Fransız dilində idi. Qızıl ordu İranda yerləşən kimi əks təbliğat birlikləri, qızıl ordunun hədəfi islam dinini məhv etməkdir, qadınları ümumuləşdirmək istəyir kimi şayələrin aradan aparılması istiqamətində fəaliyyətə başladılar. Qızıl ordunun əsas siyasi təbliğat mərkəzinin şərqşünas məmurları səs gücləndirici və radiolar vasitəsi ilə təbliğat apararmaqla yanaşı Sovet itifaqı və İran döstluq cəmiyyətini də yaratdılar.
Sonrakı mərhələlərdə Sovet ittifaqının qızıl ordu, xüsusi ilə qızıl ordunun əsas təbliğat mərkəzinin Azərbaycan bölmələrinin İran Azəriləri ilə əlaqədar həyata keçirdiyi taktiki gediş barədə ətraflı məlumat əldə edəcəksiniz.
Əsas səbəb isə budur ki, müharibədən sonra bu bölmələldə fəaliyyət göstərən sovet qüvvələri İran Azəribaycanına qarşı həyata keçirilən strategiya və taktikalarda əsas rol oynayıblar. İran Azərbaycanının Sovet qoşunları tərəfindən işğalından təqribən altı ay sonra, Azərbaycan kommunist partiyasınin mərkəzi komitəsininın katibi Əziz Əliyevin başçılığı, Moskvanın yetişdirdiyi kommunist partiyasının katiblərindən biri Mehbalı Qasımovon iştirakı ilə Sovet Azərbaycanının siyasi fəallarının iştirakı ilə nümayənədə heyəti yaradıldı və qızıl ordunun rəhbərliyinin dəvəti ilə Təbrizə səfər etdilər. Baxmayaraq ki, onların apardıqları müzakirələrin mövzusu hələdə məlum deyil lakin, İran Azərbaycanında yerli əhali ilə əlaqələri gücləndirmək üçün Təbrizdə Sovet azərbayucanlılarından ibarət qızıl ordunun siyasi təbliğat bölməsinin yaradılması əldə olunmuş nəticələrdən biri idi. Bu bölmənin üzvlərindən biri Mirzə İbrahimov sözü güedən təşkiların vəzifə borcları haqda belə yazır: Cənubu Azərbaycanın (İran Azərbaycanı) işğal etdiyimiz hissələrində çox sayda Azəri əsgərlər var idi. Belə qərara alındı ki, yerli əhali arasında təbliğat aparaq və döstluq əlaqələrfinin güclənməsinə kömək edək.
Bu arada İran kommunist partiyasının qalıqları da, Sovet ittifaqının İran Azərbaycanını işğal etdikdən bir neçə ay sonra Tudə partiyası adı altında yenidən bərpa olaraq »inqilabçı demokrat« adı altında İran Azərbaycaında fəaliyyətə başladılar. İran Azəriləri bir neçə il Sovet təbliğatına məruz qaldılar. Təbliğatın əsas hədəfi milli (etnik) hissləri qızışdırmaq və Sovet ittifaqında yaşamağın üstünlüyünü təbliğ etmək idi. Bu təbliğatçıların əsas silahı təbrizdə fars əlifbası ilə azərbaycan dilində nəşr olunan vətən yolunda qəzeti idi. İran Azərbaycanında Sovet Azərbaycanının mədəniyyəti də müəyyən qədər təsir göstərdi. Əziz Əliyevin göstərişi ilə Təbrizdə bir xəstəxana və bir məktəb açıldı. Sövet ittifaqı tərəfindən idarə olunan teatr, musiqi, balet və opera qrupları da müntəzəm şəkildə İran Azərbaycanının müxtəlif şəhərlərində proqram və tamaşalar təqdim edirdilər. Bu hadisələrdən təxminən əlli il sonra Mirzə İbrahimov görülmüş işlərin təsiri haqda belə yazırdı: Fəhlə və ziyalıların əhval ruhiyyənin yüksəkiliyi, şadlığı və minnətdarlığı vəsfə gəlməz idi.
1945 ci ildə Təbrizdə Azərbaycan demokrat firqəsi təsis olundu və iki gün sonra prtiyanın Azərbaycandakı əyalət komitəsi (tudə) ona birləşdirildi. Bilirik ki, nə sağ nə də söl yönümlü olan demokrat partiyasını iyirmi beş il əvvəl şeyx Məhəmməd Xiyaabani yaratmışdı. Sovet ittifaqı isə Marksist və Leninçi quruma belə bir ad verməklə gələcəkdə İran Azərbaycanında baş verəcək proseslərə müdaxilə etmək üçün özünün ilk təhrif (sui istifadə məqsədi ilə dəyişiklik) siyasətini həyata keçirdi.
Azərbaycan demokrat firqəsinin aşkar hədəfləri İran daxilində muxtariyyat yaratmaq, bütün məktəb və dövlət idarələrini Azəri dilində idarə eləmək, ərazilərin yenidən bölünməsi və iş saatının səkkiz sata qədər məhdudlaşdırılması idi. Sovet qoşunlarının İrana daxil olması ilə Seyid Cəfər Pişəvəri Həbsdın azad olaraq ADF nin mərkəi komitəsinə başçı təyin olundu. Azərbaycan demokrat firqəsi muxtariyyat istəmələrinə dair bəyanatlar vermələrinə baxmayaraq , dərhal müstəqillik əldə etmək istiqamətində fəaliyyətə başladılar. Demokratik dövlətlərin diplomatlarına və və İran rəsmilərinə bəyanat ünvanlayaraq İran hakimiyyətinin azərilə etdiyi zülmləri qeyd edərək İran ordusunun Azərbaycan millətini məhv etməklə hədələdiyini iddia etmişdilər. Amma qızıl ordu orada olduğu halda İran ordusunun bunu necə edəcəyi hələdə məlum deyil. 1945 ci il Noyabr ayının doqquzunda Azərbaycan demokrat firqəsi bütün üzvlərinin iştirak etdiyi iclasda qətnamə qəbul edərək, milli xalq hakimiyyətinin yaradılması üçün silahlı mübarizəyə çağrış etmişdi. Amma mübarizə aparmaq üçün qarşı tərəfin hər hansı bir ordusu yox idi. Deməli bütün hərbi əməliyyatlar Azərbaycanın (İran Azərbaycanının) Sovet ittifaqına birləşməsinə qarşı çıxan tayfa nümayəndələrinə, mülkədarlara və ruhanilərə qarşı aparılmalı idi. Bu zaman azərbaycan demokrat firqəsinin üzvləri yetmiş min nəfərə çatmışdı. Vətən yolunda qəzetindən əlavə Sovet rəsmilərinin nəzarəti altında Azərbaycan qəzeti də İranlı yazıçılar və jurnalistlərin əməkdaşlığı ilə nəşr olunmağa başladı.
Bu qəzetlərdə yazılan məqalələr əlli il sonr Sovet ittifaqının etnik zəmindəki təfriqə taktikalarına çevrildi. Əsil həqiqətdə bu qəzetlərdə yazılanlar, müharibədən sonra İran Azərbaycanını Sovet Azərbaycanına birləşdirmək üçün istifadə olunan »həsrət ədəbiyyatına« çevrildi. Əsil həqiqətdə bu proseslər qızıl ordunun nəzarəti altında fəaliyyət göstərən Sovet Azərbaycanı şərqşünaslarının cənubi Azərbaycan (İran Azərbaycanı) üçün etnik millətçiliyə əsaslanan ədəbiyyat yaratması ilə başlamışdı. Vətən yolunda qəzetinin ilk məqalələrindən biri bi hiyləni belə bəyan edib: »Vətənpərvərlik hissi günbəgün artır. Əvvəlcə əhəmiyyətsiz şeirlər yazan şairlər sonradan ata yurdu , Təbriz və Səttarxan barədə yazmağa başladılar.
Onlar qəti iradə ilə ata yurdunun xoşbəxtliyi üçn mübarizəyə qoşuldular«. Bu şair və yazıçıların çoxu, 1945 ci ildə Azərbaycan demokkrat firqəsi süqut etdikdən sonra Sovet ittifaqına qaçaraq, müxtəlif əsatir və miflər uydurmağa başladılar. Bu əsatirlərdə Araz çayına xüsusi əhəmiyyət verildi. Azərbaycan folklorşünaslarından biri »milli azadlıq məsələsini« bu cür yozur. O bir uşaq uyunundan bəhs edərək güya Arazın cənubunda uşaqlar bir birlərinin çiyninə çıxaraq həsrətlə Arazın şimalına baxırlar. O bu oyunun mənşəinin izahında və (Arazın digər tərəfinin) yazıb »bunlar 1824 cü ildə Türkmənçay müqaviləsi ilə Rusiyanın tərkibinə küçmiş bizim şimallı həmvətənlərimizdir« ardınca Azərbaycan xalqının ayrılığı və onların birliyi vurğulanır. Qızıl ordu 1946 cı ildə İranın şimalından geri çəkildi, bundan sonra Azərbaycan demokrat firqəsi də süquta uğradı. Ümumiyyətlə vətən yolunda qəzeti qızıl ordunun siyasi təbliğat mərkəzində işə götürülmüş azərbaycanlılara təsir göstərmişdi.
Sovet Azərbaycanının məşhur şairlərindən biri Süleyman Rüstəm də vətən yolunda qəzetindən təsirləndiyini qeyd edib. Onun Araz çayının şimal və cənub sahillərinə işarə olan İki sahil əsəri, müharibədən dərhal sonra 1947 ci ildə Sovet ittifaqı mükafatı ilə təltif olundu. Təbrizdə qış adlı (epos) şeri Moskvadakı Oqonyok ədəbi nəşriyyatı tərəfindən 1949 cu ilin ən yaxşı şeirlərindən hesab olunub. Vətən yolunda qəzeti ilə əlaqəli şəxslərdən bir də kinodramaturq Ənvər Məmmədxanlı da İran Azərbaycanındakı fəaliyyətinin təsiri altında idi. O od içində pyesində cənubi Azərbaycanda (İran Azərbaycanında) »milli azadlıq hərəkatından« bəhs edir. qeyd edir ki, »Təbrizdəki böyük vətən müharibəsi Məmmədxanlının həyatında yeni dövr açdı«. Vətən yolu qəzetində Mirzə İbrahimovun müavunu Cəfər Xəndan, müharibədən sonrakı illərdə »Cənubi Azərbaycan azadlıq hərəkatında« simvolizə etmə nəzəriyyələr irəli sürməkdə mühüm rol oynamışdı. Cəfər Xəndan 1949 cu ildə Azərbaycan dövlət unversitetində onu diplom işi olaraq müdafiə edərək »Cənubi Azərbaycanda milli azadlıq hərəkatı ədəbiyyatı adlandırdı«. O, diplom işində hərəkatın əvvəlini Sıttarxan və Şeyx Məhəmməd Xiyabani ilə əlaqələndirərək, hadisələri 1946 cı ilədək şərh edir. muharibədən sonra Mirzə İbrahimovun bəzi məqalələri »cənub azadlıq« hərəkatını fəallarından biri olaraq İran Azərbaycanı »mütərəqqi« ziyalıları arasında populyarlaşmışdı.
Vətən yolunda qəzetinin redaksiya əməkdaşları İran Azərbaycanlıları haqda bilavaasitə mütaliə etmək inmkanına malik idilər. Bu təcrübəyə əsasən İran Azəriləri arasında yeni meydana gəlmiş millətçi hərəkatlarını qızışdırmaq üçün ədəbi proqram hazırlayırdılar.
Bu fəaliyyətlərin nəticəsində Sovet Azərbaycanı ilə İran Azərbaycanının birliyini təbliğ edən və 1970 ci illərdə məşhurlaşan və Sovet qoşunlarının İranı işğalı zamanı formalaşmış həm də Sovet ittifaqı tərəfindən ad verilmiş »həsrət ədəbiyyatı« Sovet Azərbaycanında nüfuz qazandı. 1980 ci illərdə Bakının radio proqramlarında İran Azəriləri üçün hazırlanan proqramlarda geniş istifadə olunurdu. Tərcümə Araz Rüstəmzadə
David Nissman, The Soviet Union and Iranian Azarbaijan: The Use of Nationlism for Politial Penetration,Boulder, Colo., Westview. 1987
Tərcümə: Araz Rüstəmzadə