Tarix : 2017 Jun 06
Kod 51869

Vəhhabilik və sionizmin bənzərlikləri

Bütün tarixi sənədlər islam dünyasının mərkəzində sionist rejim və vəhhabiliyin təşkil olunmasında İngiltərənin rolunu göstərir.
Truthngo.org-Ötən əsrin əvvəllərində İngiltərə Osmanlı imperiyası ilə mübarizə etmək niyyətində olduğu dövrdə vəhhabilik və Ali-Səud hökumətini yaratdı. Bu hökumət islamın adını üzərinə götürüb. Lakin əslində islamın əksinə hərəkət edir və onun xəsarət almasına səbəb olur. İngiltərə həmçinin Balfor müqaviləsi ilə Fələstində İsrail rejimini yaratdı.
Bu iki rejimin mənşəyinin bir olduğunu nəzərə aldıqda, Deyr-Yasin qırğınından tutmuş əl-Əvamiyyədəki vəhşicəsinə hücumlar da birdir və həmin irqçi cinayətkar təfəkkür onlara nəzarət edir. Cinayətkar sionist qruplar səhər-səhər Deyr-Yasinə hücum etdilər. Vətəndaşların müqaviməti ilə üzləşdiyi zaman əlavə kömək istədilər. Ondan sonra kənd minaatanla atəşə tutuldu və böyük bir cinayətin törədilməsinə şərait yarandı. Bu cinayət bəzi ərəb ölkələrinin əməkdaşlığı ilə törədildi.
Hazırda sionistlər kimi səudiyyə rejimi də əl-Əvamiyyəyə hücum edib və günahsız insanları atəşə tutur ki, onları köçməyə məcbur etsin. Hazırda Ali-səud islam dünyasında öz əsas tapşırığını yerinə yetirməkdədir. Belə ki, qırğın, fitnə, günahsızların qətlindən söz düşəndə Səudiyyə Ərəbistanı olayların mərkəzindədir. Əslində Ərəbistan din adı altında islam dünyasını parçalamaqdadır. Ali-Səud və onun kimilər bu dindən uzaqdırlar.
  • Yazılıb
  • da (də) 2017 Jun 06
  • Göndərən مدير سايت Aran News