Tarix : 2017 Jun 06
Kod 51870

Ayətullah Xamenei Tramp haqda: Qəbilə sayağı rejimdə qəbilə başçısı ilə qılınc oynadır...

ABŞ prezidenti qəbilə sayağı bir rejimdə qəbilə başçısı ilə qılınc oynadır və digər tərəfdən də İran xalqının 40 milyonluq səsinə irad bildirir.”
İslamazeri.com "Tasnimnews”-a istinadən xəbər verir ki, mərhum İmam Xomeyninin məzar kompleksində çıxış edən Ayətullah uzma Xamenei, İmam Xomeyninin adının inqilabdan ayrı olmadığını deyərək bildirib: "Bir həqiqət dəfələrlə təkrar olunmasa və bütün özəllikləri bəyan olunmasa zaman keçdikcə təhrif olunma ehtimalı artar. Siz özünüz də yaxşı bilirsiniz ki, İmam Xomeyninin şəxsiyyətini təhrif etmək niyyətində olanlar az deyil. İslam inqilabı İmam Xomeyninin əli, Allahın  iradəsilə reallaşdı. Bu inqilab yalnız siyasi dəyişiklikdən ibarət deyildi. Tarix boyu hədəfini minimum təyin edənlər uğur qazana bilmədi, lakin İmam Xomeyni hədəfini maksimum təyin etməsinə baxmayaraq, qalib gəldi. Bəzi qruplar qalib olsalar da, bu qələbəni sonadək qoruya bilmədilər. Lakin İmam (r) qələbəsini qoruya bildi. İmamın (s) əsas prinsiplərindən biri ABŞ-ın müstəmləkəsi altından çıxmaq idi. Bu cavanları özünə cəlb edən məsələ idi. Bu gün də S.Ərəbistanı kimi ölkələrdə bu məsələ cavanlar üçün cəlb edicidir. İmamın cismi bizdən ayrılıb, lakin ruhu diri və yolu mövcuddur. Düşmənlərimiz bekar deyillər. Lakin onlar bugünədək bizə ciddi zərbə endirə bilməmişlər. Görün bizim düşmənimizin axmaqlığı nə həddədir?! ABŞ prezidenti qəbilə sayağı bir rejimdə qəbilə başçısı ilə qılınc oynadır və digər tərəfdən də İran xalqının 40 milyonluq səsinə irad bildirir.”

Ölkənin daxili məsələlərinə də toxunan Ayətullah uzma Xamenei deyə qeyd edib: "Bəziləri İmamı mədəni irs kimi təqdim edirlər. Xeyr, İmam diridir və nəfəsi bizimlədir. Bəziləri yanlış düşünür və düşmənlə mübarizənin xərcləri olduğunu bildirir. Bəli, mübarizənin xərci var, lakin sülhün də özünə məxsus xərci var. Səud rejiminə diqqət edin. ABŞ prezidenti ilə sülh etmək üçün öz mal varlığının yarısını onlara xərclədi. Mübarizə əgər məntiqə və öz güvənə əsasən olsa xərci qat-qat aşağı olacaqdır. İnqilabçı olmaq yəni ki, xalq və məmurlar heç bir gücə-hegemona boyun əyməsinlər.”

İranda keçirilən prezident seçkilərinə də işarə edən İnqilab Rəhbəri  "Mən seçkilərdə iştirak edən bütün xalqıma minnətdarlığımı bildirirəm. Debatlarda bəzi əxlaqdan uzaq sözlər deyildi, bəziləri ittiham olundu. Bu yaxşı hal deyildi. Qalib və məğlub dəstə səbr və dözümlü olmalıdır. Xoşbəxtlikdən, bu seçkilərdə məğlub olanlar 8 il öncə məğlub olanlardan fərqli olaraq səbrli oldular və onlar kimi ölkəyə problem yaşatmadılar.”,- deyə əlavə edib.

Müsəlman ölkələrində baş verən hadisələrə də toxunan Dini Lider bildirib: "Təəssüf olsun ki, bəzi ölkələrdə olan qardaşlarımız mübarək Ramazan ayında problemlərlə qarşılaşırlar. Yəmən, Bəhreyn, Suriya, Liviya müsəlmanları oruc halda bu böyük problemlərlə üzləşirlər. Səud rejimi Yəməni gecə gündüz bombardman edir.  Səud rejimi bilsin ki, 10-20 il də bu metodu davam etdirsə Yəmən xalqına qalib gələ bilməyəcək. Bu rejimin Bəhreyndə də olması məntiqə sığmayan bir işdir. Bəhreynin məsələləri xalqa aiddir. Xarici bir dövlət niyə hərbi qüvvələrini bu ölkəyə göndərməlidir? Hətta ABŞ-a verdikləri neçə milyardlıq rüşvət də onları hədəflərinə çatdırmayacaq.”



  • Yazılıb
  • da (də) 2017 Jun 06
  • Göndərən مدير سايت Aran News