Gürcüstan parlamentində Ə. Muxtarlı üçün aksiya keçirilib.
Azadliq.org-Tbilisidə bir qrup jurnalist Parlamentin binasında Komissiya iclası zamanı başlarına torba geyinərək etiraz aksiyası keçiriblər. İyunun 6-da keçirilən aksiyada onlar əllərində " Əfqan Muxtarlıya azadlıq", "Günahkarlar cəzalandırılsın" kimi şüarlar qaldırıblar.
Bir neçə gündür ki, Gürcüstanda jurnalistlər, ictimai fəallar və azərbaycanlı mühacirlər mühacir jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilməsinin araşdırılması, ictimaiyyətə açıqlama verilməsi, bu işdə əli olanların cəzalandırılması tələbi ilə aksiyalar keçirir, jurnalistə azadlıq tələb edirlər.