Çox yaxşı olardı ki, Zakir Qaralov vəzifəsinə uyğun olaraq Azərbaycandan on milyardlarla vəsaitin necə çıxarılması və ofşor hesablara oturdulması ilə bağlı müraciətləri araşdırsın
Azadliq.org-“Bu, çox namərd üsuldur. Divardan tuta-tuta getməklə, adamları aldatmaqla nə qədər uzağa getmək olar? Gözəl Bayramlıdan necə korrupsioner düzəltmək olar? Bu hakimiyyət istəyir ki, rejimlə mübarizə aparanlar acından ölsünlər? Qardaş bacısına 5 aydan bir 1000 dollar göndərirsə, müalicəsini aparırsa, utanmırlar bunu söz-söhbətə çevirirlər? Siz gedin o milyardların hesabatını verin”.“Çox yaxşı olardı ki, Zakir Qaralov vəzifəsinə uyğun olaraq Azərbaycandan on milyardlarla vəsaitin necə çıxarılması və ofşor hesablara oturdulması ilə bağlı müraciətləri araşdırsın, Panama sənədlərində adı keçən hakim ailəyə aid şirkətləri araşdırsın”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli baş prokuror Zakir Qaralovun iyunun 6-dakı açıqlamasını şərh edərkən belə deyib.