İyunun 3-də Avropa liberalları Sloveniyanın Lyublyane şəhərində Liberal-Demokrat İttifaqının toplantısında azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanıb Bakıya gətirilərək həbs olunmasını müzakirə ediblər.
Meydan Tv-Bu barədə ittifaqın yaydığı bəyanatda bildirilib. Sənəddə deyilir ki, onlar ağır şərtlər və avtoritar sistemdə Avropada liberal dəyərlərə sadiq qaldığı üçün Müsavat Partiyasını və lideri Arif Hacılını dəstəkləyirlər: “Gürcüstan liberalları olan Azad Demokratlar və Respublikaçılar partiyaları hakimiyyətdən jurnalistin oğurlanmasını araşdırmağı tələb ediblər”.ALDİ-nin sədri Hans van Baalen bildirib ki, Avropa liberalları Gürcüstandakı müttəfiqlərini dəstəkləyir, məsələnin hərtərəfli araşdırmasını tələb edirlər. O cümlədən, Azərbaycandakı müttəfiqlərini dəstək olaraq Avropa Birliyindən Azərbaycan hakimiyyətinə təzyiq göstərərək jurnalist Əfqan Muxtarlının və digər siyasi məhbusların dərhal azad olunmasına nail olmağa çağırır.