Tarix : 2017 Jun 08
Kod 51889

Tanınmış politoloq Zərdüşt Əlizadədən İranda baş verən terror hadisə ilə bağlı ilginc açıqlama

“Səudiyyə bütün məfhumlar baxımından orta əsrlədən gələn bir dövlətdir və Qərbin insan azadlığı, demokratiya, seçki və.s dəyərlərini qəbul etmir. Bütün bunlara baxmayaraq Səudiyyə ilə dost olan Qərb dövlətləri, azad seçkinin, insan haqlarının, qadın hüquqlarının qorunduğu İranla düşməndir”
“Baş verənlərin çox sadə bir izahı vardır. Bu gün bütün dünya terrorla mübarizə adı altında İslam ölkələrinin iç işlərinə müdaxilə edərək öz maraqlarını və hədəflərini güdürlər. Halbuki özləri terrorizmi dəstəkləyir və islam dünyasında terrorizmin genişlənməsi üçün əllərindən gələni edirlər.”
Bu sözləri “İslaminSesi” tanınmış politoloq Zərdüşt Əlizadə son günlər Yaxın Şərq, xüsusilə Qətər və Səudiyyə arasında baş verən siyasi proseslər fonunda İranda baş verən terror olayına münasibət bildirərkən qeyd edib.
Politoloqun sözlərinə görə, böyük güclər və Qərb terror dəstəkləməklə sonucda islam ölkələrinin ərazilərinə müdaxilə etmiş olurlar: “Qərb dövlətləri bütün dünya üçün beynəlxaq qanunları elan etsələr də özləri tərəfindən bu qanunlar kobud sürətdə pozulur. Eyni zamanda bu qanunları pozan dövlət başçılarına da dəstək verirlər. Çünki həmin dövlət başçıları Qərbə itaət edirlər. Buna misal olaraq Səudiyyə Ərəbistanını misal çəkmək olar. Səudiyyə bütün məfhumlar baxımından orta əsrlədən gələn bir dövlətdir və Qərbin insan azadlığı, demokratiya, seçki və.s dəyərlərini qəbul etmir. Bütün bunlara baxmayaraq Səudiyyə ilə dost olan Qərb dövlətləri, azad seçkinin, insan haqlarının, qadın hüquqlarının qorunduğu İranla düşməndir. Donald Trampın səfəri də bir daha onu göstərdi ki, onlar öz maraqları naminə mürtəce rejimləri dəstəkləyirlər.“
Politoloq onu da qeyd etdi ki, ABŞ-ın İranla düşmənçilyinin səbəbi İslam Respublikasının ona itaət etməməsidir: “Eyni zamanda İran daima ABŞ-ın ikili siyasətini, etdiyi haqsızlıqları daima tənqid edir. Həmçinin İsrailin Fələstin torpaqlarını ilhaq etməsi və İsrailin İran tərəfindən rəsmi dövlət kimi tanınmaması da ABŞ və Qərbin maraqlarının tapdalanması deməkdir. Onlar bu amillərə görə İranla düşmənçilik edirlər.”
Ərəb ölkələri arasında Qərbin dəyərlərinə və standartlarına nisbətən yaxın ölkənin Qətər olduğunu söyləyən Zərdüşt bəy, “Qətər də öz növbəsində sünni-şiə ixtilafının aradan qaldırılmasını, İranla dil tapılmasını tərəfdarı olduğunu elan edən kimi, dərhal o da düşmən hesab olundu” – deyə bildirdi.
İranda baş verən terror hadisələrinin rəsmi Tehranın terrorçularla apardığı mübarizəyə vö özünün siyasi strategiyasına zərrə qədər də olsun təsir etməyəcəyini söyləyən politoloq bunları söylədi:
“İran güclü bir İslam Dövlətidir. Hamıya bəllidir ki, bu günə qədər heç bir xarici təzyiqə baş əyməyiblər. Necə ki, İngiltərədə baş verən terror hadisələri onların siyasətinə təsir etmədi, o cur də İran öz yoluna davam edəcək. İranın terrorçulara qarşı uğurlu əməliyyatlarından cana doyanlar elə bilirdilər ki, İran bununla da ağ bayraq qaldıracaq. Amma İran heç vaxt siyasətindən geri çəkilib ağ bayraq qaldırmayacaq.”






  • Yazılıb
  • da (də) 2017 Jun 08
  • Göndərən مدير سايت Aran News