Ermənistanın Vardenis rayonunda etiraz aksiyası keçirilib.
İslaminSesi Azvision.az-a istinadən xəbər verir ki, yerli sakinlər Vardenis-Kəlbəcər yolunu bağlayaraq etirazlarını bildiriblər.Erməni kəndlilərin etirazına səbəb icmaların birləşdirilməsini nəzərdə tutan layihənin irəli sürülməsidir.
Qeyd edək ki, Ermənistan hakimiyyəti "İnzibati bölgü haqqında" qanuna dəyişikliklər edərək 118 icmanı 15 icma ətrafında birləşdirməyi planlaşdırır.
Kəndlilərin fikrincə, aparılan inzibati yerdəyişmə onların təsərrüfat, yaşam şəraitlərini daha da pisləşdirəcək.