Tarix : 2017 Jun 08
Kod 51891

İlham Əliyev və Vladimir Putindən Ruhaniyə başsağlığı mesajı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndəriblər
İslamazeri.com xəbər verir ki, prezidentin rəsmi saytında yayımlanan  məktubda deyilir: "Hörmətli cənab Prezident.
Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi.
Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Rusiya prezidenti Valadimir Putin də İranlı həmkarına başsağlığı verib. Kremlin saytı məlumatı yayıb. Məlumata görə, başsağlığı mesajında terror aktları pislənilib və terrorla mübarizənin vacibliyi vurğulanıb. Putin ölənlərin ailələrinə başsağlığı yaralılara isə tezliklə sağalmaq arzulayıb.








  • Yazılıb
  • da (də) 2017 Jun 08
  • Göndərən مدير سايت Aran News