Tarix : 2017 Jun 08
Kod 51893

"İrandakı terror hadisəsindən sonra Azərbaycan ayıq-sayıq olmalıdır"

“İŞİD taqətdən düşüb, amma terrorçu qruplaşmanın üzvləri regiona, həmçinin əksər ölkələrə səplənib”.
Bunu SalamNews-a politoloq Qabil Hüseynli deyib.
"İŞİD-ə qarşı ayrı-ayrı ölkələrdə mübarizə aparmaq lazım gələcək. Çünki heç bir ölkə terrordan tamamilə qoruna bilməz. Ona görə də Azərbaycan da ayıq-sayıq olmalıdır. Azərbaycanın hüquq- mühafizə orqanlarının kifayət qədər təcrübəsi var. Ümid edirəm ki, belə bir hadisənin Azərbaycanda baş verməsi mümkün olmayacaq”, - o bildirib.
İŞİD-in çoxdan İranı hədəfə aldığını bildirən Q.Hüseynli sözügedən terror qruplaşmasının məhv edilməsi üçün İranın əsas qüvvələrdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, İran İŞİD-ə qarşı ən fəal hərəkət edən, təkcə hava qüvvələri ilə deyil, eyni zamanda quru qüvvələri ilə də mübarizə aparan ölkələrdəndir.










  • Yazılıb
  • da (də) 2017 Jun 08
  • Göndərən مدير سايت Aran News