VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Verilən xəbərlərdə deyilir ki, ,Hilal Məmmədov dindirildikdən sonra sərbəst buraxılıb.saxlanılan ikinci şəxs isə ictimai fəal Fərid Abbasov olub. Onu Masallıda həbs edib, Bakıya Baş Prokurorluğa gətiriblər. F.Abbasovdan hələki xəbər yoxdur.
AXCP Gənclər Komitəsinin fəalı İslam İslamzadə bu gün Ağdam rayon məhkəməsinin qərarı ilə 25 sutka həbs cəzası alıb. İslam İslamzadə hazırda Bərdə təcridxanasındadı.
Hilal Məmmədov banditizim idarəsində dindirilməyi haqqında facebook-da məlumat yayıb. Məlumatı olduğu kimi təqdim edirik:
8 iyun 2017 saat 10.30 radələrində Rəfael adlı sahə müvəkkili mənə zəng edərək, 1-2 dəqəqəlik görüşməyi xahiş etdi. Bu məqsədlə də sahə müvəkkilinin evimizin yanında (Q.Qarayev pr., 51/57) yerləşən ofisinə yollandım.
Sahə müvəkkili Bakı Baş Polis İdarəsində kimlərinsə mənimlə 5 dəqiqəlik söhbət etmək istədiklərini bildirdi. Maşınina oturub onunla birgə ora yola düşdük. Yolda narahat olmasınlar deyə, evə zəng edərək, 5 dəqiqəqlik Bakı Baş Polis İdarəsinə çağırılmağımı bildirdim.
Düzü, çağrıldığım binadan çıxanacən elə bilirdim ki, ora həqiqətən də Bakı Baş Polis İdarəsidir. Lakin çıxanda gözlərim qeyri-ixtiyari binanın üstündə "Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi" sözlərinə sataşdı və harda olduğumu yalnız bundan sonra dəqiqliklə bildim.
Düzdür, artıq tərk etdiyim binanın 5-ci mərtəbəsində məni bir neçə dəqiqə dindirmiş bir şəxsin kabinetinin qapısının üstündə Banditizm və DTCMŞ (?) rəisi sözlərini görəndə bir qədər təəccüblənmişdim...
Dindirmə zamanı mənə bu yaxınlarda Ermənistanda sığınacaq tapmış Şahin Mirzəlinin də olduğu bir şəkil göstərdilər. Şəkildə xeyli insan var idi. Onların içərisindən mənə oxşar bir nəfəri göstərib, həmin şəxsin mən olub-olmadığımı soruşdular. Dedim ki, əlbəttə mən deyiləm! Şəkildəki digərlərinin kimliyini soruşanda isə bildirdim ki, bu adamların kimliyini elə o şəxslərin feysbuk səhifələrindəki aşkar paylaşmalarından öyrənə bilərsiniz, bunun mənə heç bir aidiyyəti və bu kimi heç bir oyunlara da alət olmaq niyyətim yoxdur!
Məni dindirən şəxs bildirdi ki, generala (?) məruzə edəndən sonra gedə bilərsiniz... Bu “məruzəetmə prosesi” nə az, nə çox, düz 5 saata yaxın vaxt çəkdi...
Doğrusu, polis səlahiyyətlilərin növbəti dəfə heç bir əsas olmadan, mənə, ailəmizə və cəmi dost-tanışlara bu qədər sıxıntı və əziyyətləri bəxş etməkdə əsas məqsədlərinin nə olduğunu anlamadım. Əlbəttə ki, bu biabırçılıq barədə daha ətraflı sorğu-müraciətimi DİN nazirinə ünvanlamaq niyyətim var... P.S. “Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün ONA təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, səbr edərik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər (İbrahim surəsi., 12)!