Tarix : 2017 Jun 11
Kod 51909

Marneulidə İmam Həsənin mövludu münasibətilə bayram mərasimi

Marneuli rayonunda İmam Həsənin mübarək təvəllüd günü münasibəti və eyni zamanda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açılaraq tədbir keçirilib
İslamazeri.com "ahlibeyt.ge" saytına istinadən xəbər verir ki, dünən Marneuli rayonunda İmam Həsən Müctəbanın (ə) mübarək təvəllüd günü münasibəti və eyni zamanda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açılaraq tədbir keçirilib.
Mərasimdə xarici ölkələrdən qonaqlar,  yerli möminlər iştirak ediblər.
Mərasimdə ruhanilər, İranın Gürcüstandandakı  səfiri Qəvvam Şəhidi, o cümlədən İranın "əl Mustafa" Beynəlxalq üniversitetinin Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Hacı Davud Zarii çıxış edib.
Sonra Marneuli şəhərinin gənc məddahı Səid Həsən öz gözəl səsi ilə ilahilər oxuyub. Tədbirdə İran və Azərbaycandan da məddahlar qatılıb.
  • Yazılıb
  • da (də) 2017 Jun 11
  • Göndərən مدير سايت Aran News