Tarix : 2017 Jun 11
Kod 51910

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs həbs edilib

Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.
İslamazeri.com APA-ya istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi çəkilib.

  • Yazılıb
  • da (də) 2017 Jun 11
  • Göndərən مدير سايت Aran News