Bir neçə gün öncə İran parlamentində və imam xomeynin hərəmində baş verən terror hadisəsinin əks-sədası susmaq bilmir.
Bütün dünyanın gündəminə çevrilən “İŞİD”-in bu ölkədə törətdiyi vəhşilik demək olar ki, hər kəs tərəfindən qınanılmaqdadır. Azərbaycanın siyasi-ictimai xadimlərindən tutmuş ilahiyyatçılarını da narahat edən məlum hadisə Azərbaycan hakimiyyətinin də narazıçılığına səbəb olub. Bununla bağlı “Maarifçiliyə Dəvət” ictimai birlyin sədri, ilahiyyatçı hacı Elçin Manafov tərəfindən də xoş qarşılanmayıb. O hadisəylə bağlı öz fikirlərini Hədəf14.az-la bölüşüb. E.Manafovsözlərinə “Bismillahir Rəhmanir Rəhim” kəlamı ilə başlayıb.“Terror harda olur olsun heç yaxşı hal deyil. Dünyanın digər ölkələrində də arzuolunmaz birşeydir. İnsan heç bir yerdə terror törədilməsini istəmir. Bu xoşagəlməz hadisə fərqi yoxdur Türkiyədə, İranda yaxud da dünyanın hansısa ölkəsində olsun insanı çox üzür. Bir çox plkılır haqlı olaraq terrorizmlə mübarizəyə qoşulur və burada böyük səy göstərirlər. O cümlədən Azərbaycan bu məsələ də hər zaman ön cərgələrdədir. Şükürlər olsun ki, ölkəmizdə sakitlik hökm sürür. Hansısa terror hadisəsindən danışılmır. Lakin istər vətənimizdə istərsə də digər qonşu yaxud da dost ölkələrdə bu cür xəbərləri bizi çox narahat edir. Xüsusən də İran İslam Respublikasında baş verən məlum hadisə heç də bizi sevindirmir. Çünki bu ölkədə xeyli sayda həmvətənlərimiz, əsas da müsəlman bacı qardaşlarımız yaşayır”.
İlahiyyatçının sözlərinə görə, İrana düşmən gözü ilə baxanlardan fərqli olaraq həm xalqımız həm də hökümətimiz buna zamanında narahatçılığını bildirməkdə olduğunu deyib: “Qaldı ki, İranda baş verən bu hadisə yəqin bəzi ölkələr var ki, çoxdandı İrana xor gözlə baxanlar və orada hökm sürən sakitlik əminamanlığın xainliyini çəkirlər indi onlar Azərbaycandan fərqli olaraq buna sevinirlər. Bu günlər bütün dünyaya böyük əks-səda salan məlum hadisədən şükürlər olsun ki, Azərbaycanda yoxdur. Amma Avropada Qərb dünyasında bu cür hadisələr demək olar ki, adi hal alıb. Onlarda bu hal narahatçılıq yaratmır, lakin İrandakı sabitlik bunları narahat edir. Əgər bu araşdırılsa baş verən terrorun arxasında elə özləri durur. Bu gün dünyanın canına vəlvələ salan “İŞİD”-in arxasında da bunlar durur. Onları maliyyələşdirib dəstək olurlar”.
Müsahibim qeyd edib ki, əgər məsələ araşdırılarsa İranda baş verən terror hadisələrinin arxasından ABŞ və Qərb ölkələri çıxa bilər: “İranda İslam Respublikasında baş verən terror hadisələrinə münasibət bildirərkən söyləyib ki, terror dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq arzu olunan hal deyil: “Buna görə dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan dövləti də terrorizmlə mübarizədə bütün imkanlarını birləşdirib mübarizə aparır. Azərbaycan hər zaman terrorizmlə mübarizədə ön sıralarda dayanır. Şükürlər olsun ki, bu baxımdan ölkəmizdə təhlükəsizlik və sakitlikdir. Digər ölkələrdə xüsusilə dost ölkələrdə terror hadisələrinin baş verməsi təəssüf hissi doğurur. İran İslam Respublikası kimi müsəlman bacı və qardşlarımızın yaşadığı ölkədə belə hadisənin verməsinə üzülürük. Dövlətimiz və xalqımız bu hadisəyə zamanında reaksiyasını bildirib və bildirməkdədir. Terror hadisələri zamanı dünyasını dəyişənlərə Allahdan Rəhmət diləyirəm”. E.Manafov bildirib ki, məsələ araşdırılarsa İranda baş verən terror hadisələrinin arxasından ABŞ və ya Qərb ölkələri çıxa bilər: “Çünki bu ölkələrdə artıq terror hadisələri adi hala çevrilib. Demək olar ki, tez-tez terror aktlarına rast gəlinir. Ancaq İranda baş verən terror hadisəsini mətbuata nəzər yetirdikdə dünya sensasiya kimi qəbul edir. Ona görə ki, İran islam Respublikasında hər zaman sabitlik və əmin-amanlıq hökm sürüb. Bunu bəzi ölkələr paxıllıqla qarşılayırlar və narahat olurlar. Hətta bu hadisəyə sevinirlər, sevinclərini gizlətsələr belə bir üzə verirlər”.
İlahiyyatçı sonda onu da vurğulayıb ki, bir sözlə biz nəinki müsəlman ölkələrində, hətta düşmən ölkəsində də bu cür xoşagəlməz halların baş verməsini istəmirik. Düşünürəm hər bir normal düşüncəli insan bu fikirlə razılaşar.
İlahiyyatçı sonda İranda törədilən terror hadisəsinin qurbanlarına rəhmət diləyib. Yaralanlara tezliklə şəfa verməsini arzulayaraq zərərçəkənlərin yaxınlarına allahdan böyük səbr diləyib.