Tarix : 2017 Jun 11
Kod 51915

İmam həsənin mövlud günü geyd olundu

“Maarifçiliyə Dəvət” İB-Xaçmazda imam Həsənin (ə) mövlud gününü qeyd edib
dünən Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsənin (ə) mövlud günüydür. Bu münasibətlə “Maarifçiliyə Dəvət” İctimai Birliyin Şimal nümayəndələri Cəfərov Teymur və Cəfərov Cavid tərəfindən üzvlər arasında mövlud qeyd edilib.
Hədəf14.az-ın məlumatına görə, məclis Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra imamın həyatından və fəzilətlərindən danışılıb. İB-in gələcək planlardan danışılıb. Sonda üzvlərə adıçəkilən birliyin maddi dəstəyi ilə iftar süfrəsi açılıb. 
Xatırladaq ki, İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır. #MAARIFCILIYE #DEFET #ICTIMAYI #BIRLIYI adınan bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara imam Həsən (ə) müdrikliyi və səbri diləyirik!








  • Yazılıb
  • da (də) 2017 Jun 11
  • Göndərən مدير سايت Aran News