Xəbər Lenti

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir– “Hacı, ürəkləri yandırdın…” (Fotolar

İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olundu

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

NİDA üzvü: Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər

Fələstinlilərə qarşı əməliyyatda İsrail xüsusitəyinatlısının başına böyük daş düşdü

"Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək"

Əsəd: “Dar baxış və maraqlara malik ölkələr siyasi səylərə mane olmağa çalışır”

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi

ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı

Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub+Audio

MBH üzvünün məhkəməsi təxirə salınıb

İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Oğuzda silahlı şəxslər tutulub

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

AXCP fəalı həbs edilib

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Netanyahu onların qorxusundan hökumət iclaslarını yerın altına keçirib

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Seyid Əli Xamenei: "Qərb xalqlarının nail olduğu yerə çatmalıyıq" düşüncəsi səhvdir

Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

Arxiv
 
Tarix : 2017 İyun 11     |     Kod : 51918

“Demokratiya paytaxtı”ının diktatura rejimlərini dəstəkləməsinin sirri...

Zahid Oruc: “ABŞ-ın xarici siyasətdə demokratiya deyil, işğal və nüfuz savaşı önəmlidir”

Musavat.Com-Dünyanın supergücü ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərində yeni səhifə açması, bu ölkə ilə siyasi və ticarət əlaqələrini pik həddədək inkişaf etdirməsi növbəti dəfə bir məsələni aktuallaşdırdı.
Məsələ burasındadır ki, dünyada “demokratiyanın beşiyi” statusunda təqdim olunan ABŞ qeyri-demokratik rejimlər, üstəlik, diktaturanın mövcud olduğu ölkələrlə normal ünsiyyət qurmaqdan çəkinmir. Özü də söhbət təkcə Səudiyyədən getmir. ABŞ-ın “ərəb baharı” nəticəsində məhvə düçar olunan bir sıra diktatorlarla da normal münasibətlərdə olduğu məlumdur. Lakin sonradan elə onların məhvinə məhz dünyanın supergücü qərar verdi, hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrini gözləmədən. Son hadisələr isə göstərir ki, ABŞ demokratiyanın mövcud olmadığı bir sıra ərəb ölkələri ilə münasibətlərin inkişafında maraqlıdır. Burada İrana qarşı koalisiyanın mövcudluğunun prioritet olduğunu da demək olar. Ancaq istənilən halda “demokratiya paytaxtı” statusunu daşıyan Vaşinqtonun paralel olaraq diktatura rejimləri ilə müttəfiqlik etməsi ciddi təzaddır.
Deputat Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc bu mövzuda “Yeni Müsavat”a olduqca maraqlı fikirlər söylədi: “Ötən əsrin ikinci yarısından sonrakı Amerikanın xarici siyasət strategiyasının atalarından biri Zbiqnev Bjezinskinin son dərəcə zəngin elmi irsi onun mənsub olduğu ölkənin beynəlxalq münasibətləri sistemindəki yerini anlamağa kömək edir. Sabiq təhlükəsizlik müşaviri sonuncu prezident Barak Obamanı demokratiya dəyərləri xarici mənafe savaşında əsas tutarqaya çevirdiyinə görə qınayır, normativ prinsiplərlə qlobal məkanda uğur qazanmağın qeyri-mümkünlüyünü bildirir. Diqqət edin, söhbət dünyada BMT-ni əvəz etməyə qadir olan hərbi-siyasi nəhəngin davranışlarının heç bir çərçivəyə salına bilməzliyindən gedir. Bjezinskinin qənaəti onun vətəndaşı olduğu ölkənin digər dövlətlər üzərindən müstəsna hüquqa malik olması haqqında heç də mifik olmayan rəyləri bir daha təsdiqləyir. ”Ərəb baharı"nın başlanması üçün Ağ Evin çevrəsində olan beyin mərkəzləri- qlobal hörümçək torları demokratiyanın mühüm işğal silahı olduğunu gizlədə bilmirlər. Məsələn, 2011-ci ildən başlayan “ərəb baharı”nın Tunis və Misiri vurması fonunda məlum təşkilatlar - RAND korporasiyası, Brookings institutu və onlarla digər qurumlar hər tiraniyanın devrilməsi və liberal demokratiyanın tanklarının Qahirədə hərəkət etməsini bəşəri bir hadisə kimi qiymətləndirirdilər. Hüsnü Mübarəkin xarici banklarda saxladığı pullar barəsində ağır informasiya artilleriyalarında, CNN və BBC-də hər gün əfsanələr dolaşırdı və kütlə inqilabı üçün bütün vasitələr işə salınmışdı".
Z.Orucun sözlərinə görə, dünya siyasətindəki belə inhisarçı mövqeni çoxları heç Amerikanın administrasiyası, yaxud hökuməti ilə də bağlamırlar: “Ona görə Vaşinqtonda hakimiyyət deyərkən təkcə rəsmi orqanların nəzərdə tutulmadığı hamıya bəllidir. Yüksək nüfuzetməyə qadir olan siyasi qruplar qlobal transmilli korporasiyaların əliylə tamamilə fərqli siyasət qurmağa, hakim sinifləri özləri ilə hesablaşmağa vadar edə bilirlər. Ona görə də ərəb dünyasında yalnız bir neçə rejimin Uol-Stritin hərbi-maliyyə korporasiyalarının qəzəbinə gəlməsi demokratiyanın yalnız selektiv bir şəkildə tətbiqi və digər monarxiyaların himayə olunması daxildə demokratların beynəlxalq siyasətdə necə sümürgən və istismarçı olduğunu üzə çıxarır. Bildiyiniz kimi, bir çoxları Ağ Ev məlum doktrinasına vaxtilə sovetlər birliyi ilə aparılan soyuq müharibənin səbəb olduğunu qeyd edirlər. Məsələn, iki böyük müqəddəs məscidin hamisi olan Səudiyyə Krallığı ilə ötən əsrin ortalarından qurulan müttəfiqliyin SSRİ-yə qarşı İslam dünyasında çəkindirmə bloku qurmağa xidmət etdiyini vurğulayırlar”.
Lakin deputat bildirdi ki, indi ikiqütblü sistem iflasa uğrayıb, SSRİ siyasi xəritədən silinib: “Halbuki ərəb hökumətlərindəki silkələnmələrin pik dövründə, yaxud Suriya prezidenti Əsəd əleyhinə real hərbi koalisiyalar yaradılanda Qərb dövlət başçıları Səudiyyə Ərəbistanının rəhbəri kral Abdullanın matəm törənində ön səfdə yer almışdılar. Dünya üçün çox kontrastlı tablodur, deyilmi? Dünyada liberalizmin dalğasında yeni ərazilərin ələ keçirilməsi bir faktdır. Bolşevik inqilabı da həmin üsulla yayılırdı. Ona görə də Rusiya suveren demokratiya, yaxud milli demokratiya məfhumları ilə özünümüdafiə ideologiyasını yaratmağa çalışır. Çin iqtisadi azadlıqları qəbul etsə, siyasi üstqurumu dəyişmək istəmir, Türkiyə çəkindirmə və balans modeli ilə çalışmağa xidmət edən, lakin reallıqda ölkəni daim qeyri-sabit hökumətlərə sahib edən idarəetmə quruluşundan imtina edərək tək adamın liderliyinə qayıdır və sair... Gördüyünüz kimi, təkcə Afrika və Avropanı, yaxud Asiya ilə Avropanı birləşdirən Yaxın Şərq deyil, eləcə də dünyanın istənilən guşəsində müxtəlif parametrlərlə ayrılan dövlət və ya dövlətlər qrupu mövcuddur. Çünki xarici siyasətdə demokratiya deyil, işğal və nüfuz savaşı önəmlidir”.
Politoloq Elxan Şahinoğlu isə əməkdaşımızla söhbətində xatırlatdı ki, ABŞ-ın hazırda basqılarla üz-üzə qalan Qətərdə də hərbi bazası var, ancaq Amerikanın Səudiyyə Ərəbistanındakı maraqları daha vacibdir: “Bu baxımdan gərginləşən Səudiyyə Ərəbistanı - Qətər münasibətlərində Amerikanın mövqeyi maraqlıdır. Əsas sual budur: vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin. Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridir və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərginləşməsini istəməzdi. Sadəcə, Ər-Riyad ağıllı gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə ”İslam, ərəb, Amerika" sammiti keçirdi? Ər-Riyat həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı. Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi". E.Şahinoğlunun mövqeyi belədir ki, Amerika “demokratiyanın beşiyi” statusunu özü üçün daşıyır: “Daha kimsə Amerikanın başqa ölkələrdə də bu prinsipə riayət etdiyinə inanmır. Səudiyyə Ərəbistanında və Qətərdə ailə hakimiyyəti mövcuddur, seçkilər keçirilmir, şəxsi azadlıqlar məhduddur. Buna baxmayaraq, hər iki ölkə Amerikanın müttəfiqidir. Çünki Səudiyyə Ərəbistanı və Qətər timsalında Vaşinqton demokratiya və insan hüquqları prinsipindən yox, geosiyasi maraqlardan çıxış edir. Geosiyasi maraqlar isə Amerikaya diktə edir ki, bu iki ölkədə hərbi bazaları olsun, bu ölkələrlə çoxmilyardlı müqavilələrə imzalasın və İrana qarşı mübarizədə ona dəstək versinlər. Amerika Ukraynadakı proseslərdə də demokratiyadan çox təhlükəsizlik maraqlarından çıxış etdi. Bu maraqlara görə Ukrayna Rusiyanın nəzarətindən çıxmalı idi. Amerika Ukraynada istəyinə nail oldu. Ancaq bu, Ukraynaya baha başa gəldi, Krım və Donbasın bir hissəsi işğal olundu”.

E.PAŞASOY











Yazılıb da (də)   2017 İyun 11  Saat  12   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin