Tarix : 2017 Jun 11
Kod 51919

Etiraz edənlərin suyu da kəsildi

Səməd Vurğun 138,140 və Sabit Rəhman 11 ünvanında yerləşən binaların sakinlərinə verilən su dayandırılıb.
İslaminSesi xəbər verior ki, bu barədə “Qafqazinfo”ya müraciət edən bina sakini Vüsalə Muradova bildirib ki, bu sakinlərin kommunal xidmət xərclərinin qaldırılması ilə bağlı keçirilən aksiyadan sonra baş verib. O, bildirib ki, əvvəl mənzilin hər kvadrat metrinə görə 80 qəpik kommunal xidmət ödəyirdilər: “İndi isə “Xəzər Servis” MMC qiymətləri 1 manat 50 qəpiyə qaldırıb.  Binanı tikən şirkət “Mars” MTK da deyir ki, qiymətlər bundan sonra belə olacaq. Kim istəmirsə, köçə bilər. Neçə gündür ki, binanın lifti işləmir, bizə verilən isti su kəsilib.  İndi də hədələyirlər ki, işığı kəsəcəyik. Biz aidiyyatı üzrə bir neçə quruma müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”.
Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən binanın sakinləri aksiya keçirərək yay olmasına baxmayaraq, hələ də istilik pulunun yığılmasına etiraz etmişdilər.  Sakinllər iddia edir ki, şirkət əməkdaşları onlara kabel televizyasının ödənişində də artıq məbləğ tələb edir. 
  • Yazılıb
  • da (də) 2017 Jun 11
  • Göndərən مدير سايت Aran News