Arannews.com-İranın azəri hüseynçilərinin bir qrupunun bəyanatıBismillahir-rəhmanir-rəhim
Bizə xəbər çatmışdır ki, Azərbaycan dövləti Aşura qiyamı ilə açıq-aşkar düşmənçiliyinin ardınca hakimiyyətin siyasətinə etiraz edən və Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Hacı Tale Bağırovun övladına Əbülfəzlabbas adının verilməsinə icazə verməmişdir və belə adların qeydiyyata alınmamasını bu kimi adların Azərbaycanın milli kimliyi (azərbaycançılıq!) ilə uyğun olmaması ilə əsaslandırmışdır. Biz, Hacı Tale Bağırovun hörmətli ailəsinin bir ildir ki, məsum körpəyə Əbülfəzlabbas adının verilməsinə israr etdiyini və bu vasitə ilə yadlar qarşısında Azərbaycanın böyük xalqının Aşura kimliyini qorumasını alqışlayır və uca tutur, eyni zamanda Azərbaycan dövlətindən istəyirik ki, azəri hüseynçilərinin əsəblərini bundan artıq tarıma çəkməsin, dünya azəri türklərinin Aşura müqəddəslərinə hörmətsizlik etməkdən əl götürsün, ölkə vətəndaşlarının Azərbaycan xalqının öz din, məzhəb, milli və tarixi etiqadları əsasında münasib adı olmasi kimi əsas hüquqlarını pozmasın.
Azərbaycanda davamlı olaraq vətəndaş və insan hüquqlarının pozulmasına görə təəssüflənirik və bunu dünya azəriləri üçün xəcalət bilirik.
Fürsəti qənimət bilərək, Azərbaycanda dini məsələləri öhdəsinə almış Qafqaz Müsəlmanları İdarəsindən istəyirik ki, öz zatı vəzifəsinə əməl edərək xalqın dini və tarixi inanclarını müdafiə etsin, hökumətin fikrini müsəlmanların aşkar və əsas haqlarından üstün tutmasın, hökuməti razı salmaq üçün xütbələri, vaizləri, Quran müəllimlərini, ruhaniləri və məscidləri nəzarətdə saxladığı kimi öz əsas vəzifəsinə də əməl edərək Azərbaycanın məzlum xalqının din azadlığına həssaslıq göstərsin, öz dinini başqalarının dünyasına satmasın, dini satmaqla ruzi qazanmasın.
Azərbaycanın şərəfli xalqına deyirik ki, siz böyük sınaq qarşısında dayanmısınız. Azəri türklərinin nəsli tarix boyu Hüseynin (ə) ələmdarına sevgi bəsləmiş, Aşura hadisəsində Qəməri Bəni-Haşim həzrət Əbəlfəz Abbası böyük fədakar kimi tanımışdır. Ona görə də Azərbaycanda azəri türklərinin əsil kimliyinin və tarixinin bundan artıq ayaq altında tapdalanmasına, təhqir edilməsinə tamaşaçı olmasınlar, Əbülfəzlabbas adı ilə müxalifətin kədərini bütün dünya azərilərinin üzündən silsinlər.
Azərbaycan dövlətinə xəbərdarlıq edirik ki, Əhli-beyt məzhəbinin dəyərləri, müqəddəsləri və qırmızı xətləri ilə bundan artıq müxalifət etməsin, hər il Azərbaycanın vilayətçi və böyük xalqının şiə müqəddəslərini təhqir etməkdə xüsusi payı öhdəsinə almasın. Azərbaycan dövləti yaxşı olar ki, tarixdə Əhli-beytlə (ə) müxalifət edənlərin həyatına ötəri bir nəzər salsın, Əliyə (ə) qarşı çıxanların acı sonunu görsün.
Bir tərəfdə ölkədə İslam Həmrəyliyi İli elan etmək, digər tərəfdən də İslam təzahürləri ilə müxalifət etməyin hiylə və Azərbaycanın böyük xalqını aldatmaqdan başqa bir adı yoxdur. Bu, Azərbaycan dövlətinə yaraşan hərəkət deyil.
Əbülfəzlabbas adının verilməsinə razılıq verməmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutundan israrla istəyirik ki, öz müstəqilliyini qorusun və hökumətin alətinə çevrilməsin.
Qeydiyyat İdarəsinin nəzərini rəsmi surətdə təsdiq edən məhkəmə sisteminə deyirik ki, məhkəmə aparatının zinəti onun xalq ordusunda dayanması, ölkənin kimlik və tarixinə xidmət etməsidir. Məhkəmənin uca məqamını hökumətin oyuncağına çevirməyin.
Sözümüzü 26 noyabr 2015-ci ildə Nardaranda iftixar yaradan qəhrəman atasının həbsindən 7 ay sonra dünyaya gəlmiş məsum körpəyə müraciət ilə bitiririk:
Azərbaycanın böyük övladı! İslam dini atalara vacib etmişdir ki, öz övladları üçün gözəl bir ad versinlər. Sənin qəhrəman atan öz üzərində olan vəzifəyə əməl edərək sənin üçün çox gözəl ad seçmişdir. Lakin Azərbaycan dövləti həm atanın, həm də sənin əsas haqqını ayaq altına almışdır. Dövlət istəyir ki, Azərbaycan övladları millətçi adlarla adlansın. Onların fikrincə, Azərbaycan milləti Əbülfəlabbasla deyil, millətçilərin simvolu olan yırtıcı qurdla tanınmalıdır. Amma Azərbaycanın böyük xalqı heç bir zaman qurdu, fəzilətlər atası olan Əbülfəzl Abbasdan üstün tutmaz.
Bu gün sənə şəhadətnaməsiz Əbülfəz deyirlər. Əgər şəhadətnamə insanı tanıtmaq üçündürsə, sən Əbülfəz adı ilə ən yüksək səviyyədə tanınmısan. Atan da Əbülfəz təfəkkürünə görə 20 il həbsə məhkum olmuşdur. Siz ata-övladın bəxti nə qədər uca bir bəxt və səadətdir. Hər ikiniz Qəməri Bəni-Haşim təfəkkürünün qurbanı oldunuz. Sözsüz ki, Hüseynin (ə) ələmdarı öz aşiqlərini yalqız qoymayacaq. Biz də sizinləyik və sizinlə olacağıq.
Təbriz, Urmiya, Zəncan və Ərdəbilin bir qrup hüseynçi heyət, şair və məddahı