Tarix : 2017 Jun 14
Kod 51945

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

“Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir.
Bu barədə modern-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat evrib.
S.Əhmədova qeyd edib ki, bu gün onlardan 18 nəfərinin evə buraxılacağı gözlənilir:
“Bütün xəstələrə bütün lazımi tibbi yardımlar edilib”.
İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin yaydığı məlumatda bildirilir ki, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir.
Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır. Ehtimal olunur ki, onun yayılmasına səbəb su paylayıcı şəbəkədir.


 
  • Yazılıb
  • da (də) 2017 Jun 14
  • Göndərən مدير سايت Aran News