İlk dəfə 1979-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin (r.ə) təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilən "Qüds günü" artıq beynəlxalq miqyasda qeyd olunur. Belə ki, hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.
Maide.Az xəbər verir ki, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli “İslaminSesi” nə müsahibəsində bildirib ki, “Beynəlxalq Qüds günü" ilə bütün dünyada zülmə, zalıma, təcavüzə, işğala həmrəylik nümayiş etdirmək ənənəsi qoyuldu. Bu yalnız müsəlmanların vəzifəsi yox, dünyanın hər yerindən olan insanpərvər, sülhsevər, ədalətsevər insanların həmrəylik günüdür. "Qüds günü" həm “Bosniya günü”, həm “Qarabağ günü”, həm “Kəşmir günü” kimi xarakterizə olunur. Yəni bu gün rəmzi xarakter daşıyır. Əslində isə bu rəmzin ətrafında birləşən insanlar zülmə, təcavüzə etirazlarını bildirir”.Rövşən Əhmədlinin sözlərinə görə, insanlar ibadət edərək, qəlblərini Allah qarşısında təmizləyərək saflaşır: “Digər tərəfdən isə ibadətin ictimai, həmrəylik, bir-birinə kömək etmək tərəfini “Beynəlxalq Qüds günü"n də yerinə yetirirlər. Ona görə də, Azərbaycan işğala məruz qalan, torpaqlarının 20 faizini itirən bir ölkə olaraq, “Beynəlxalq Qüds günü"nü qeyd etməlidir. Çünki “Qarabağın işğalı, Qüdsün işğalının davamıdır”. Biz bu günü qeyd etməklə Qarabağın işğalına etiraz bildiririk. Bu baxımdan Azərbaycanda “Qüds Günü” ictimai-siyasi və dini sferada dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır”.