Tarix : 2017 Jun 14
Kod 51953

AİP-in rayon komitələri Gəncədə iftar mərasimi keçirib

Mübarək Ramazan ayı münasibəti ilə ölkənin bütün bölgələrində iftar süfrələri təşkil edilir, bu ayın fəzilətlərindən danışılır və dualar oxunur
İslaminsesi.az-Azərbaycan İslam Partiyasının (AİP) Şəmkir, Qazax və  Gəncə rayon şöbəsi də Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edib.  İslaminSesi məlumat verir ki, iftar süfrəsinə AİP rəhbərliyi və funksionerləri, komitə sədrləri, yerli inanclılar qatılıblar. İftar mərasimində müqəddəs Ramazan ayının bərəkətindən söz açılıb və dualar edilib.
İftar süfrəsində çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev  Mübarək Ramazan ayının fəzilətindən, Allaha bəndəçilik üçün böyük fürsətlərin yaranmasından və digər mövzulardan danışıb. AİP-in sədr əvəzi Həzrəti Əlinin (ə) şəhadəti ilə bağlı müsəlmanlara və məclis əhlinə başsağlığı ərz edib. Dünya və axirət İmam Əlinin (ə) vilayətindən ayrı olmamağı Allahdan diləyib. Hacı İlham Əliyev bildirib ki, Allahın Mübarək  Ramazan ayına verdiyi dəyəri görmək üçün müqəddəs kitabımız olan Qurani-Kərimin məhz bu ayda nazil olduğuna diqqət etmək kifayətdir. Allah buyurur: “ Mən Qurani Kərimi bu ayda nazil etdim. Bu kitabı bəşəriyyətin hidayətini, insanların xöşbəxtliyini və səadətini təmin etmək üçün göndərdim”. Digər bir ayədə Allah Qurani-Kərimin əzəmətini nümayiş etdirir: “ Əgər biz bu kitabı dağlara nazil etsəydik, dağlar Allahın xofundan əriyər, su olub səpələnərdi”. Ardınca Allah buyurur: “ Hər kim bunu dərk etsə, o şəxs oruc tutsun”. 
Hacı İlham Əliyev bildirib ki, bu ayədə Allah təkcə müəyyən zaman müddətində yeyib-içməkdən imtinaya işarə etmir. Əksinə orucun əzəmətini dərk edənin həqiqi oruc tutan olduğunu deyir. Bu ayda insan öz ibadət və itaəti ilə Allahla olan rabitəsini daha da möhkəmləndirir. 
İlahiyyatçı alim qeyd edib ki, insan müəyyən əməl vasitəsi ilə Allahla ünsiyyət yaradır: “ Kimisi namazla, kimisi münacat etməklə, digəri Allah kəlamını oxumaqla özünü Allaha yaxın hiss edir.  Bu ünsiyyətlər ayrı-ayrılıqda bir ibadət sayılır. Ramazan ayında isə insan istər gizlində, istər cəmiyyət arasında olsun, hər zaman Allahla ünsiyyətdə olur, özünü Allahın hakimiyyəti altında hiss edir. Bu mübarək ayda hətta insanın yuxusu da ibadət hesab edilir. İnsan bu ayda Allahın qonağı olduğunu hiss edir. Məhz bu qonaqlıqda zamanın sahibi İmam Zaman (ə.f) iştirak edir. İnsan bu əzəməti dərk edərsə, o zaman bütün çətinliklərə dözəcək və ülvi hədəfin arxasınca gedəcək”.       
İftar süfrəsi duaların oxunması ilə yekunlaşıb.
Qeyd edək ki, səfər ərəfəsində AİP rəhbərliyi və funksionerləri Gəncədə yerləşən İmamzadə ziyarətgahını da ziyarət ediblər.










  • Yazılıb
  • da (də) 2017 Jun 14
  • Göndərən مدير سايت Aran News