Artıq mübarək Ramazan ayının 1/3 hissəsini geridə qoymuşuq. Allahın xüsusi rəhmət və məğfirət qapılarının üzünə açıdlığı bu ay dünyanın əksər müsəlman ölkələrində yüksək formada qeyd edilir
Islaminsesi.az-Lakin təəssüflə qeyd etməliyik ki, mübarək aydan geridə qalan 20 günə yaxın müddətdə belə bir möhtəşəmliyin və gözəlliyin Azərbaycanda müşahidə edə bilmədik.
Nə TV-lərdə, nə də ki, küçələrdə yayımlananlar və yaşananlar əhalisinin 90%-dən çoxu müsəlman olan Azərbaycan adlı bir məmələkəti xatırlatmırdı. İnsanlar küçələrdə rahat formada su içmək, nəsə yeməklə Allahın bu əziz ayının hörmətini sındırdıqlarının fərqinə varmadılar. Şou-biznes əhlinin də əlinə sanki mübarək Ramazana görə bir fürsət düşmüşdük ki, bütün fəsad və pislikləri var gücləri ilə ölkə gündəminə və ekranlara daşıdılar.