Tarix : 2017 Jun 14
Kod 51955

Türkiyənin Qətərdə hərbi iştirakının arxasında hansı məqsəd dayanır

Ərəbistan, Misir, BƏƏ və Bəhreyn dövlətlərinin Qətərlə diplomatik münasibətləri kəsməsindən iki gün sonra Türkiyə parlamenti Qətər-Türkiyə hərbi müqavilələrini təsdiq edərək, Ankaranın bu ölkədəki hərbi bazalarında hərbi qüvvələr yerləşdirməsinə icazə verdi. Türkiyənin hərəkətini Ərəbistana qarşı atılan addım hesab etmək olmasa da, bu hərəkət Qətəri dəstəkləmək sayılır.
Bir sıra təhlilçilər belə düşünür ki, Ankara bu hərəkəti ilə Qətəri müdafiə etməyin onun üçün xüsusi əhəmiyyət daşımasını göstərdi. Artıq neçə ildir ki, Türkiyənin Qətərdə hərbi bazası vardır, ancaq Dohanın belə bir vəziyyətində Ankaranın addımı və öz hüzurunu bu ölkədə gücləndirməsi Qətərə əminlik vermək məqsədi daşıyır. 2014-cü ildə Doha və Ankara arasında bağlanan hərbi müqavilə əsasında Türkiyə Qətərdə hərbi baza yaratdı. Hal-hazırda burada 200 türk əsgəri vardır. Baza 5000 nəfər hərbi qüvvə qəbul etmək imkanına malikdir.
Türkiyə Qətərdə hərbi baza yaratmaqla öz gücünü nümayiş etdirir. Həmçinin, Qətərdə iştirak etmək Ankara üçün böyük regional baxışlar üçün fürsət yaradır. Xüsusilə də Türkiyə prezidenti Ərdoğan öz iddialı məqsədlərini gizlətməmişdir. Belə nəzərə gəlir ki, Türkiyə Qətərdə iştirak etməklə özünün simvolik baxışlarını təqdim etmək məqsədi güdür. Türkiyənin bu hərəkətini Ərəbistana qarşı bilmək olmasa da hər halda Türkiyə öz maraqlarını təmin etmək üçün Qərbi Asiyada həmişə güc balansını qorumağa təlaş etmişdir. Qeyd olunan əsasla Türkiyənin Qətərdə iştirakını belə təhlil etmək olar ki, Ankara öz geopolitik prespektivlərini mühüm məsələlər üzrə proqramlaşdırıb. Ərəbistan və Qətər arasında yaranan diplomatik gərginlikdən özünü uzaq saxlamaq baxışını təqdim etmiş və Qətərdə hərbi hüzuruna daha çox əhəmiyyət vermişdir. 
Xatırlatmaq yerinə düşər ki, Türkiyə və Qətər regionda baş verən hadisələrdə oxşar yolda hərəkət ediblər, hər iki ölkənin Suriya müharibəsi qarşısında hərəkətləri, Misirdə inqilabı müdafiə etmələri, general Sisinin hakimiyyətə gəlməsinə səbəb olmuş hərbi çevrilişi pisləmələri bunun nümunələridir.
Türkiyə və Qətər “İxvanül-Müslimin” və “HƏMAS”ı terrorçu qruplar sırasına daxil etməkdən imtina etdi, Suriyada qanuni prezidetn Bəşər Əsədin devrilməsi üçün silahlı qruplara böyük dəstək verdi.
Türkiyədə uğursuz hərbi çevriliş zamanı Qətər əmiri Şeyx Təmin bin Həməd, Rəcəb Təyyib Ərdoğanı himayə etdi, hər iki ölkənin regional siyasətləri daha da gücləndi.
Türkiyə və Qətər İranla münasibətlərdə də paralel strategiyada dayanır. Suriya və İraq məsələlərinə görə Tehranla fərqli görüşdə dayanan Ankara İranla ticarət əlaqələrini davam etdirir. Türkiyə və Qətərin İranla münasibət quruluşu elədir ki, Ərəbistan İrana qarşı koalisiya yaratmaqda böyük problemlə qarşılaşıb.
Ekspertlərin fikrincə, Türkiyə bütün gücündən istifadə edərək Ərəbistan və Amerika ilə münasibətlərinin düşmənçiliyə çevrilməsinin qarşısını almağa təlaş edəcək. Türkiyə Qətərin xarici siyasətindən də razıdır və Ərdoğan vurğulayıb ki, Riyazın Dohaya qarşı ittihamlarını qəbul etmir. Xüsusilə də Ankara və Doha Fələstin, Misir, HƏMAS, İxvanül-Müslimin qarşısında eyni baxışlara malikdir. Amma bu, Türkiyənin Ərəbistan yaxud BƏƏ ilə münasibətlərini təhlükəyə salmaq anlamına deyil. Çünki Ankaranın Riyazla çox güclü siyasi və iqtisadi əlaqələri vardır. Üstəlik, Türkiyə Tramp dövlətinin Ərəbistanla yaxın münasibətlərindən özü üçün faydalanmağa çalışır. Bununla belə, Qətərlə münasibətlərindən də əl çəkməyəcək. Ancaq Riyaz əleyhinə görünən bir hərəkətə yol verməməyə cəhd edir.
Hamid Şahbazi

  • Yazılıb
  • da (də) 2017 Jun 14
  • Göndərən مدير سايت Aran News