Tarix : 2017 Jun 15
Kod 51956

Məhkəmə Mövsüm Səmədov barəsində qərar qəbul etdi

Qaradağ rayon məhkəməsində keçirilən prosesdə AİP lideri Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə hökm çıxarıb.
Qaradağ rayon məhkəməsində keçirilən prosesdə AİP lideri Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə hökm çıxarıb. Bu barədə vəkil Yalçın İmanov bildirib. Vəkil qərardan apelyasiya şikayəti verəcəklərini deyib.
Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev də uzun müddətdən bəri ilk dəfə Mövsüm Səmədovla görüşdüyünü bildirib: «Mövsüm Səmədov bütün qardaşları salamladı, ibadət -itaətlərinin qəbuluna dua etdi. Həmçinin Həzrət Əlinin (ə.) şəhadəti münasibətiylə də başsalığı verdi».
Xatırladaq ki, ötən həftə AİP lideri Mövsüm Səmədovun Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə prosesinin bu gün keçirilməsi barədə qərar verilmişdi. Dövlət ittihamçısı həmin məhkəmə prosesində M.Səmədova 3 il cəza istəsə də, hakim prosesi təxirə saldı.
islaminsesi.info
  • Yazılıb
  • da (də) 2017 Jun 15
  • Göndərən مدير سايت Aran News