Tarix : 2017 Jun 15
Kod 51960

Ərdoğan: “Qətərə qarşı atılan addım ölüm cəzasına bərabərdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin təcridini "qeyri-insani və İslami dəyərlərə qarşı" addım adlandırıb və bildirib ki, Fars körfəzi ölkəsinə qarşı istifadə olunan üsullar qəbuledilməzdir və "ölüm cəzasına" bərabərdir.
Deyerler.org-Ərdoğanın parlamentdəki bu çıxışından əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, (BƏƏ) Bəhreyn və Misir terrorçuluğu maliyyələşdirmək ittihamı ilə Qətərlə əlaqələri dondurub. Qətər bu iddiaları əsassız adlandırır.
"Qətərlə bağlı çox kobud səhvə yol verilir, bir milləti bütün sahələrdə ayırmaq qeyri-insani və İslam dəyərlərinə qarşıdır. Bu, Qətər üçün sanki ölüm hökmü qərarının qəbul edilməsidir", - Ərdoğan bildirib. Türkiyə prezidentinin sözlərinə görə, Qətər, Türkiyə ilə yanaşı, özünü İslam Dövləti (İD) adlandıran terror təşkilatına qarşı ən qətiyyətli mövqe göstərir. “Böhtan kampaniyaları vasitəsilə Qətərin təqibi bir məqsədə xidmət etmir»-o deyib.



  • Yazılıb
  • da (də) 2017 Jun 15
  • Göndərən مدير سايت Aran News