Tarix : 2017 Jun 17
Kod 51970

Tbilisi cümə məscidində Quran mərasimi və iftar süfrəsi təşkil olunub

Məclisdə Quran tilavət olunub, dini ilahilər səsləndirilib və dualar edilib.
Islamazeri.Az-Qurani-Kərimin nazil olduğu II “Qədr gecəsi”də Tbilisi Cümə məscidində Quran tilavəti mərasimi təşkil olunub.
İslamazeri.com xəbər verir ki, məğrib namazından öncə təşkil olunan mərasimdə İran İslam Respublikasından Gürcüstanda qonaq olan qarilər və azyaşlılardan ibarət Quran tilavəti qurupu iştirak edib.
Məclisdə Quran tilavət olunub, dini ilahilər səsləndirilib və dualar edilib.
Məğrib namazını camaat halında qıldıqdan sonra isə, mərasimdə iştirak edən möminlər iftar süfrəsi ətrafında bir araya gəliblər.

  • Yazılıb
  • da (də) 2017 Jun 17
  • Göndərən مدير سايت Aran News