Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mәrkәzinin (KM) üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Nur-azcom:Eldəniz Quliyevin bildirdiyinə görə, iyunun 19-da, saat 10-da adı çəkilən idarədə olmalıdır: “ Çağırılma səbəbini demədilər. Amma bu ay ərzində ikinci dəfədir ki, məni prokurorluğa dəvət edirlər. Yəqin ki, yenə də xof yaratmaq istəyirlər”-deyə Eldəniz Quliyev bildirib.